EURO 1,9126 TRY 0,2916
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:26.03.2019 12:27:38

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) qanunvericiliyə uyğun olaraq, evlərində sosial xidmətlə təmin edilirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) İslamazeri.com-a verilən məlumata görə, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər.

Onlar həftədə azı iki dəfə olmaqla tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə köməklik edirlər.

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi “DOST xonçası” kampaniyası çərçivəsində həmin tənha ahıllar ziyarət olunur, onlara “DOST xonçası” olaraq bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır. Müxtəlif dövlət təşkilatları, özəl qurumlar, ayrı-ayrı fiziki şəxslər, tanınmış simalar “DOST xonçası” kampaniyasına qoşulurlar. Bununla bir tərəfdən cəmiyyətdə ahıllara diqqət və qayğı təşviq edilir, eyni zamanda, tənha ahıl insanlara Azərbaycan cəmiyyətinin hər zaman onların yanında olduğu əyani nümayiş olunur.


10448 tənha ahıl və əlil şəxsə evlərində sosial xidmət göstərilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakim tərəfləri “Barışıq skamyası”nda barışdırdı
    Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub.
     23.04.2019
    Rusiyanın elit təbəqəsi May bayramlarını Bakı və Balidə qeyd edəcək
    May bayramlarında gedəcəyi ən məşhur beş istiqamət arasında Bali, Köln və Münhen, Maldiv adaları ilə yanaşı Bakı şəhərinin də adı var.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ