Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.01.2018 13:24:45

Dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirilib

İslamazeri.com xəbər verir ki, dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar Faciəsilə bağlı geniş tədbir keçirilib. Məclisin açılışını Azərbaycanın tanınmış qareyi Quran Hacı Ruslan Quran ayələrinin tilavətilə açıb. Mərasimin aparıcılığını tanınmış Əhliibeyt məddahı Hacı Mehdi Dərbəndi aparıb. O şəhidlər haqqında şeir deyərək söz üçün məscidin imamı ilahiyyatçı Seyyid Şəhadət Heydərovu tribunaya dəvət edib.

O şəhidin məqamı, 20 Yanvar şəhidləri haqqında danışaraq bəzi təkfirçi qüvvələrin vətən şəhidlərinin məqamlarına şübhə yaratdıqlarından danışıb.

Daha sonra tribunaya tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli dəvət edilib. O da, şəhidlərin məqamı, şəhadətin şirinliyi, Kərbəla şəhidlərindən danışaraq 20 Yanvar hadisələri zamanı öz təəssüratlarını bölüşüb. Digər ilahiyyatçı Hacı Cavid Sadiqi də bu gün münasibətilə başsağlığı verib, uşaqlara şəhidlərin necə şəhid olmasının təfərrüatlarının danışılmamasının məqsədə uyğun olduğunu bildirib. O daha sonra İŞİD terrorçuları tərəfindən şəhid edilən Xanim Zeynəb ziyarətgahının müdafiəsiçisi Şəhid Höcəcinin həyat yoldaşının əhvalatını danışıb. 

Quran qarisi Hacı İlkindən sonra, məddah Mehdi Dərbəndi İmam Hüseyn haqqında nohə və mərsiyələr oxuyub. Sonda ehsan süfrəsi qurulub.


20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirildi - İmam Ümmət məscidində - FOTO, VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     9.08.2022
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ