EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:15.09.2018 09:38:07

Bu gün Azərbaycanda çimərlik mövsümü başa çatıb.

Bu gün Azərbaycanda çimərlik mövsümü başa çatıb.

İslamazeri.com Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, çimərlik mövsümü başlayandan (15 iyun-15 sentyabr) bu günədək 68 nəfər suda boğularaq ölüb.

İyunun 15-dən iyulun 1-dək 12 nəfər, iyulun 1-dən 31-dək 40 nəfər, avqustun 1-dən 31-dək 15 nəfər, sentyabrın 1-dən 15-dək isə 1 nəfər suda boğulub. Bu müddətdə Abşeronda 5, Sumqayıtda 4, Bakıda 23, Şəmkirdə 6, İmişlidə 1, Hacıqabulda 1, Lənkəranda 3, Zərdabda 1, Yevlaxda 2, Lerikdə 1, Sabirabadda 2, Xaçmazda 7, Mingəçevirdə 3, Ağcabədidə 1, Neftçalada 1, Cəlilabadda 1, Qəbələdə 1, Salyanda 1, Daşkəsəndə 2, Siyəzəndə 1 və Ağdamda 1 nəfər suda batıb.

Qeyd edək ki, 15 iyun-15 sentyabr tarixində Bakı-bulvar, Lənkəran, Corat, Bilgəh, Mingəçevir, Şirvan, Neftçala, Hövsan, Tağıyev, Xaçmaz, Novxanı, Qızılqum, Buzovna, Niyazabad, Türkan, Pirşağı, Qobustan, Nardaran-2, Sahil, Mərdəkan, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 200 nəfər xilas edilib.


3 ayda 68 nəfər suda boğularaq ölüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Generel Səlamidən Pompeoya cavab: İranlıların yemək artıqları 50 milyon amerikalı acı doyurar
    General Səlami bu reaksiyanı Pompeonun İran xalqını ac qoymaq təhdidinə göstərib.
     17.11.2018
    Məhərrəmovların Madriddəki şərab biznesi - FOTO-VİDEO
    Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edilib.
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ