EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:23.03.2019 23:17:41

Təlimləri bitirənlərin artıq əksəriyyəti yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunublar.

Ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən 316 nəfər (o cümlədən 177 qadın) bu ilin ilk rübündə peşə təlimini uğurla başa çatdırıb.

Nazirlikdən İslamazeri.com-a verilən məlumata görə, kurslara cəlb edilənlərə dərzi, aşpaz, bərbər-manikürçü, ikinci dairə üzrə elektrik quraşdırıcısı, çilingər, elektrik-qaz qaynaqçısı və digər peşələr üzrə Təhsil Nazirliyinin təsdiq etdiyi plana uyğun bilik və bacarıqlar tədris edilib. Onlara peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub.

Təlimləri bitirənlərin artıq əksəriyyəti yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunublar.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Hazırda müxtəlif peşələr üzrə bir sıra peşə təlimi kursları davam edir.


316 nəfər peşə təlimini başa vurub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS sionist əsgərlərdən kəşfiyyat toplayır
    İsrail mediası HƏMAS hərəkatının sionist əsgərlərdən kəşfiyyat topladığının ortaya çıxdığını bildirib.
     15.07.2019
    Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ