1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.08.2019 12:07:57

"Bu, elə də asan olmadı"

İslamazeri.com-un “Daily Sabah”-a istinadən verdiyi xəbərə əsasən, Türkiyədən olan üzgüçü Şimal boğazını üzərək keçən ilk müsəlman və ən yaşlı şəxs oldu.

Qeyd edək ki, adıçəkilən boğaz Böyük Britaniya və İrlandiyanı ayırır. Onun enliliyi 20-40 km təşkil edir və üzgüçülər üçün dünyanın ən çətin 7 marşrutundan biri hesab edilir.

58 yaşlı türkiyəli Kamil Alsaran 2015-ci ildə La-Manş boğazını üzərək keçmişdi, indi isə o, Şimal boğazını da “fəth” edə bildi.

Bu, onun 13 saat 55 dəqiqəsini alıb.

Alsaranın sözlərinə görə, üzüş elə də asan olmadı: boğazdakı su soyuq idi, onun temperaturu 12-14 dərəcə Selsi təşkil edirdi, üstəlik onun marşrutu üzrə tez-tez zəhərli meduzalar da var idi.

“35 km ərzində mən ən azı 200-300 meduzaya rast gəldim”, - deyə o bildirib.


58 yaşlı türk Şimalı boğazını “fəth” etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir...
    Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.
     21.11.2019
    Mobil operatorların internet təklifləri nə qədər sərfəlidir?
    Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ