EURO 1,8528 TRY 0,2616
USD 1,7 RUB 0,0208
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.03.2020 10:06:49

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusun yayılmasını pandemiya elan edib

ABŞ Prezidenti Donald Tramp cümə günü mətbuat konfransı zamanı ABŞ-da yeni koronavirusun yayılması səbəbindən fövqəladə vəziyyət elan edib.

"Mən rəsmi olaraq fövqəladə vəziyyət elan edirəm, - o deyib.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, ABŞ liderinin fikrincə, bu, virusla mübarizəyə "50 milyard dollar ayırmağa" imkan verəcək.

Ölkədə təhsil müəssisələri bağlanır, kütləvi tədbir və toplanışlara qadağa qoyulur və bir çox mətbuat konfransları onlayn rejimdə keçirlir.

FV elan olunması ilk növbədə hökumətə xəstəliklə mübarizə üçün gərəkli olan bütün resursları ştatlar üzrə daha operativ paylamağa imkan yaradacaq. Bir müddət əvvəl FV bir neçə ştatda elan olunmuşdu.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxma halı 1.6 min nəfərə çatıb. Real halların sayı isə daha çox ola bilər, çünkü koronavirus testləri seçmə yolu ilə bəzi xəstələrdən götürülüb. Müxtəlif qiymətləndirmələrə görə, ABŞ-da epidemiya müddətində 10 mindən az koronavirus testi aparılıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusun yayılmasını pandemiya elan edib. Dünyanın 100-dən artıq ölkəsində 120 minədək insan yoluxub, 4 mindən çoxu isə ölüb.

Bu arada Birləşmiş Ştatlar tibbi təyinatlı bəzi Çin məhsullarına rüsumu aradan qaldırıb. Bu barədə  "Wall Street Journal" yazıb. Məlumata görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində atılan bu addımla qoruma xalatları, əlcəklər, cərrahiyyə mələfələri və tibbi tullantıların utilizasiyası üçün paketlər ölkəyə rüsumsuz gətiriləcək.


ABŞ-da fövqəladə vəziyyət: 1.6 min nəfər koronavirusa yoluxub, say çox da ola bilər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020
    İmam Hüseynin mövlud günü mübarək olsun! - VİDEO
    Bu gün 3 şəban, üçüncü İmam Həzrəti Hüseynin (ə) mövlud günüdür
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ