EURO 1,9126 TRY 0,2916
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.03.2019 22:50:33

Hadisə yerində istintaqın davam etməsi səbəbiylə sözügedən məsciddə sübh namazı ləğv edilib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya əyalətində bir məscidə hücum cəhdi edilib. 'Nifrət cinayəti' olduğu sanılan hadisədə, San Diyeqo şəhərindəki "Escondido" İslam Mərkəzinin divarı yandırılıb. Tüstü və qoxunun yayılmasının ardınca polis və xilasetmə qrupları hadisə yerindəki yanğına müdaxilə edib. Hadisədə yaralanan olmayıb.

İslamazeri.com xəbər verir ki, hadisə yerində istintaqın davam etməsi səbəbiylə sözügedən məsciddə sübh namazı ləğv edilib.

Digər yandan polis məscid yaxınlarındakı bir yolda Yeni Zelandiyadakı iki məscidə təşkil edilən silahlı hücumla əlaqədar yazılar təsbit edib. FBI və yerli səlahiyyətlilər məscid hücumunun "nifrət cinayəti" olma ehtimalı üzərində dayanır.

"Escondido" İslam Mərkəzi mətbuat katibi Yusif Miller "Hər kəs çox gərgindir. Hadisənin Yeni Zelandiyadakı məscid hücumu ilə əlaqəsi olduğu açıqlandığı vaxt qəribə şeylər ola biləcəyini düşünərək ölümünə qorxduq",- deyib.

Qeyd edək ki, Yeni Zelandiyanın Xristxurç (Christchurch) şəhərində iki məscidə edilən silahlı terror hücumu nəticəsində 50 nəfər həyatını itirmiş, ağır yaralananlar olmuşdu.


ABŞ-da məscid divarı yandırıldı: “Hadisə Yeni Zelandiyadakı məscid hücumlarıyla əlaqəli ola bilər”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakim tərəfləri “Barışıq skamyası”nda barışdırdı
    Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub.
     23.04.2019
    Rusiyanın elit təbəqəsi May bayramlarını Bakı və Balidə qeyd edəcək
    May bayramlarında gedəcəyi ən məşhur beş istiqamət arasında Bali, Köln və Münhen, Maldiv adaları ilə yanaşı Bakı şəhərinin də adı var.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ