EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.10.2019 10:36:41

Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyaya hərbi müdaxiləsinə görə bu ölkənin iki nazirliyinə və üç yüksək rütbəli dövlət rəsmisinə sanksiya tətbiq edib

İslamazeri.com "BBC"-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyaya hərbi müdaxiləsinə görə bu ölkənin iki nazirliyinə və üç yüksək rütbəli dövlət rəsmisinə sanksiya tətbiq edib.

ABŞ prezidenti Donald Trump, həmçinin öz türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana zəng edərək dərhal anlaşmaya getməyi tələb edib, ABŞ-ın vitse-prezidenti Mike Pence bildirib.

Cənab Pence deyib ki, "o, mümkün olduğu qədər tezliklə regiona səfər etmək istəyir".

Suriya ordusu bir qədər əvvəl Suriyanın şimal-şərqinə girib. Bu, Türkiyə qüvvələri ilə qarşılaşmaya gətirib çıxara bilər.

Suriya ordusunun yerləşdirilməsi ötən həftəyə qədər ABŞ-ın müttəfiqi sayılan kürdlərin nəzarətindəki qüvvələrlə olan anlaşmaya əsasən həyata keçirilib.

Türkiyə tərəfi bəyan edib ki, onun Suriyanın şimal-şərqinə müdaxilə məqsədi kürd qüvvələrini sərhəddən uzaqlaşdırmaq və Ankara hökumətinin "təhlükəsiz bölgə" kimi təsvir etdiyi ərazini yaratmaqdır.

"Təhlükəsiz bölgə" təxminən Suriyaya qədər 30 kilometr ərazini əhatə edir. Türkiyə öz ərazisində yerləşmiş iki milyona qədər Suriya qaçqınını bu əraziyə köçürmək istəyir.

Onların çoxu kürd deyil və tənqidçilər xəbərdarlıq edirlər ki, bu, yerli kürd xalqının etnik təmizləməsi ola bilər.

ABŞ-ın sanksiyası nəyi nəzərdə tutur?

Bazar ertəsi Washingtonda jurnalistlərə müsahibə verən ABŞ maliyyə naziri Steven Mnuchin sanksiyanın "çox güclü" olduğunu və Türkiyə iqtisadiyyatı üzərində ağır təsirləri ola biləcəyini vurğulayıb.

ABŞ Maliyyə Nazirliyi Türkiyənin müdafiə və enerji nazirliklərinə və müdaifə, enerji və daxili işlər nazirlərinə qarşı nəzərdə tutulan bəyanatı nəşr edib.

"Türkiyə hökumətinin fəaliyyəti günahsız mülki insanları təhlükəyə atır, həmçinin regionun sabitliyini pozur, üstəlik, İŞİD-i (İraq Şam İslam Dövləti) məğlub etmək kampaniyasına xələl gətirir", bəyanatda deyilir.

Mnuchin və vitse-prezident Pence sanksiyaların "Türkiyənin atəşkəsi dərhal elan etməsə, zorakılığı dayandırmasa və Türkiyə ilə Suriya arasındakı sərhəd boyu problemin uzun müddətli həlli razılaşdırılmayana qədər davam edəcəyini və pisləşəcəyini" bildiriblər.

Mike Pence bildirib ki, bunu Türkiyə prezidenti ilə telefon danışığında Trump da təkrarlayıb.

Vitse-prezident təkrar edib ki, ABŞ "Türkiyəyə Suriyaya girmək üçün yaşıl işıq yandırmayıb".

ABŞ daha əvvəl bildirmişdi ki, "Türkiyənin Suriyaya qəbuledilməz müdaxiləsi ələ keçirilmiş bir çox İŞİD döyüşçüsünün azadlığa buraxılmasına səbəb olub.

Bazar ertəsi günü Avropa İttifaqı (Aİ) ölkələri Türkiyəyə silah ixracını dayandırmağı öhdəsinə götürüblər, AB-nin geniş yaydığı silah embarqosunu dayandırıblar.

Buna cavab olaraq Türkiyə, "qanunsuz və qərəzli" münasibətə görə Aİ ilə əməkdaşlığını araşdıracağını söyləyib.

Qeyd edək ki, Türkiyə mediası Milli Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Suleyman Soylu və Energetika və Təbii sərvətlər  naziri Fatih Dönməzin sanksiyalara tuş gəldiyini yazıb.


ABŞ-dan Türkiyəyə qarşı sanksiya: İki nazirlik və 3 yüksək rütbəli məmur hədəfdə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Eurohome” Ticarət Mərkəzində yanğın - vertolyotlar cəlb edildi - VİDEO
    Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində yanğın baş verib.
     10.12.2019
    İranın Azərbaycandakı səfirliyində yanğının qarşısı alındı
    İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ