EURO 1,9289 TRY 0,2519
USD 1,7 RUB 0,0246
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:27.03.2020 14:07:36

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” təyyarə daşıyan gəmisinin azı 25 hərbçisi koronavirusa yoluxub.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən CNN teleşirkəti məlumat yayıb.

Mənbələrdən biri bildirib ki, təyyarədaşıyanın içində daha onlarla yoluxmuş aşkarlana bilər. ABŞ-ın Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini icra edən Tomas Modli bildirib ki, “Theodore Roosevelt”də 3 yoluxma hadisəsi aşkarlanıb. Cümə axşamı isə o qeyd edib ki, virusa yoluxanların sayı artıb.

Modlinin sözlərinə görə, yaxın vaxtlarda gəmidə olanların hamısı koronavirus testindən keçəcək. “The Hill" qəzetinin məlumatına görə, “Theodore Roosevelt” gəmisində 5 min hərbçi xidmət keçir.

ABŞ-ın federal və yerli hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə koronavirusa 83,8 mindən çox yoluxma qeydə alınıb. Bu, dünyanın bütün ölkələrindən yüksək göstəricidir. Birləşmiş Ştatlarda 1,2 mindən çox insan pandemiyanın qurbanı olub. 


ABŞ-ın 25 hərbiçisində koronavirus aşkarlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Haşdi Şabi İŞİD-in əkinçilərə qarşı terrorunun qarşısını aldı
    Məlumata görə, “Haşdi Şabi” bu haqda açıqlama yayıb.
     06.06.2020
    9 mindən çox xarici milyarder Türkiyə vətəndaşı oldu
    Türkiyə Əhali və Vətəndaşlıq İşləri Departamenti açıqlayıb
     06.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ