EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.07.2018 13:01:42

Təlimlər zamanı xidməti müddəti başa çatmış gəmi məhv edilib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Havay adalarının yaxınlığında keçirilmiş RIMPAC beynəlxalq təlimləri zamanı ABŞ Silahlı Qüvvələri və onların müttəfiqləri ABŞ-ın xidməti müddətini başa vurmuş “USS Racine” desant gəmisini batırıblar.

Təlimlərin gedişatına əsasən, güllələnmə yerinə buksir ilə gətirilmiş “USS Racine” Yaponiya Silahlı Qüvvələrinin kəşfiyyat təyyarəsi tərəfindən aşkar edilib. Bundan sonra Yaponiyanın eskadra mina gəmiləri və ABŞ-ın sahil raket kompleksləri gəmiyə atəş açıblar. Hədəfə doğru təxminən 15 taket atılıb.

Bu cür yaylım atəşindən sonra gəminin göyərtəsində böyük dəlik yaranıb, anbar hissəsində isə yanğın baş verib, lakin “USS Racine” hələ də su üzərində qalırdı.

Daha sonra isə ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məhsus “Los Angeles” sinfindən olan atom sualtı qayığı (ASQ) “Mk 48” torpedası ilə gəmiyə zərbə endirib. Nəticədə gəmi burun hissəsində ikiyə bölünüb və 1 saat sonra Sakit okean sularında qərq olub.


ABŞ-ın hərbi gəmisi belə məhv edildi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apple-dən yeni AirPods
    Apple yeni AirPods təqdim edib
     21.03.2019
    Bakıda sərnişin avtobusu yandı
    Bakıda sərnişin avtobusu yanıb.
     21.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ