1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:21.11.2019 10:02:41

Rəsmilər isə narahatdır ki, bunun nəticəsində İŞİD-ə qarşı mübarizə azalacaq.

islamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ-ın müdafiə kəşfiyyatı rəsmiləri Türkiyənin Suriyanın şimalına hərbi müdaxiləsi, ABŞ və digər qüdrətlərin buna cavabının İŞİD terror qrupunun məhvinə yönəlmiş səylərə təsirini qiymətləndirir.

Müdafiə Kəşfiyyatı Agentliyi Müdafiə Departamentinin baş müfəttişinə deyib ki, “Türkiyənin hücumu qrupu Qərbi hədəf alan transmilli hücum imkanlarını artırmaq üçün zaman və məkanla təmin edib”.

ABŞ prezidenti Donald Tramp 50 xüsusi əməliyyat qoşunlarının Suriyadan çıxarılmasına göstəriş verəndən sonra Türkiyə ötən ay ərazini terrorçulardan təmizləmək istədiyini söyləyərək, Suriyada hərbi əməliyyatlara başlayıb.

Amma Türkiyə İŞİD deyil, Ankaranın terror qrupu kimi tanıdığı kürd yarı-hərbi dəstələri hədəf alıb. Həmin yarı-hərbi dəstələr isə ərazini İŞİD şəbəkəsindən təmizləmək üçün ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrin (SDQ) bir hissəsi olaraq döyüşüb.

Rəsmilər isə narahatdır ki, bunun nəticəsində İŞİD-ə qarşı mübarizə azalacaq.

"Bu hesabat noyabrın ortasında başa çatanda təxminən 100 min SDQ qüvvələrindən neçəsinin Suriyanın şimalında İŞİD əleyhinə mübarizə apardığı müəyyən deyildi", hesabatda bildirilib.

Çox güman ki, İŞİD terror əleyhinə mübarizə səylərinin azalmasını yenidən güclənmək üçün fürsət olaraq görəcək" - deyə, baş müfəttiş Qlenn Faynın rüblük hesabatında bildirilib.


ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyindən Türkiyə ilə bağlı qalmaqallı İŞİD açıqlaması

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahunun fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə məhkəməsi başlayır
    Məhkəmə Netanyahunun ilkin dinləmədə iştirak edəcəyini bildirib.
     19.02.2020
    Beyinləri kiçik olanlar oğurluq və zorakılığa meyllidir - Alimlərin yeni araşdırması...
    Alimlərin araşdırmaları oğurluq və zorakılıq edənlərin, eləcə də yalan danışanların beyinlərinin daha kiçik olduğunu aşkar edib.
     19.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ