EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.09.2019 13:32:13

Polşa paytaxtı Varşavada ABŞ-ın vitse-prezidenti Mayk Pens və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş baş tutub

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Polşa paytaxtı Varşavada ABŞ-ın vitse-prezidenti Mayk Pens və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş baş tutub. Pens görüşdən öncə Birləşmiş Ştatların “Ukrayna xalqına təhlükəsizlik və Ukraynanın Krımda qanuni hüququ da daxil olmaqla ərazi bütövlüyü məsələlərində dəstəyini davam etdirəcəyini” bildirib.

“Ukrayna prezidenti Zelenski ilə bu gün təhlükəsizlik, enerji, iqtisadi inkişaf və onun islahat proqramının inkişafını müzakirə etmişik. Prezident Donald Trampın rəhbərliyi altında Ukrayna və ABŞ arasında əlaqələr heç vaxt bu qədər möhkəm olmayıb”, Pens Twitter səhifəsində yazıb.


Pens və Zelenski görüşdən öncə Polşada İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak ediblər.

Polşada tədbirlərdə iştirak etmək üçün ABŞ prezidenti Donald Trampın Varşavaya səfəri gözlənilirdi. Volodimir Zelenskinin Ukrayna prezidenti seçilməsindən sonra ilk dəfə olaraq onun ABŞ prezidenti ilə görüşü planlaşdırılmışdı. Lakin prezident Tramp Polşaya səfərini Dorian qasırğasının Floridaya yaxınlaşması ilə əlaqədar olaraq səfərini təxirə salıb.

Polşanın iyirmidən çox keçmiş səfiri Trampa yazdıqları açıq məktubda ölkədə demokratiyanın təhlükədə olduğunu bildirərək, ABŞ prezidentini öz səfərindən Polşanın populist hökumətinə insan hüquqlarına hörmət etmək və konstitusiyanın pozulmasını dayandırması üçün istifadə etməyə çağırıb.

“Cənab prezidenti, siz artıq qanunun aliliyinin hörmət edilmədiyi bir ölkəyə gəlirsiniz”, Polşa Respublikasının Səfirlər Assambleyası bəyan edib.

ABŞ-ın Polşadakı keçmiş səfiri Dan Frid Trampın “demokratiyanın və qanunun aliliyinin həlledici əhəmiyyətə malik olduğu” və “Amerika-Polşa münasibətlərinin əsasında durduğunu” Polşa liderlərinə aydın edəcəyinə ümid bəslədiyini bildirib.

Tramp 2017-ci ildə Polşaya səfəri zamanı söylədiyi nitqində Polşanı Qərb siviliziyasının müdafiəçisi adlandırıb, lakin gənc demokratiyanın kursundan döndüyü ilə bağlı narahatılqları ünvanlamayıb.


ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcək - ABŞ-ın vitse-prezidenti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ