Donald Tramp bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid gəmi Hörmüz körfəzi bölgəsində İrana məxsus PUA-nı vurub.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid gəmi Hörmüz körfəzi bölgəsində İrana məxsus PUA-nı vurub.
Onun sözlərinə görə, həmin PUA “(ABŞ) gəmi(si) və onun komandası üçün təhlükə mənbəyi” idi. Kəşfiyyat PUA-sının gəminin təxminən 900 metrliyinədək yaxınlaşdığı qeyd edilir.
Məsələyə reaksiya verən İran XİN başçısı Məhəmməd Cavad Zərif bildirib ki, ölkəsində ABŞ-ın İran PUA-sını vurmasına dair məlumat yoxdur.
“Bizim bu gün dron itirməyimizə dair məlumatımız yoxdur”, - deyə o qeyd edib.
ABŞ İran PUA-sını vurduğunu açıqladı, İrandan reaksiya gecikmədi