1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.11.2019 10:16:58

Birləşmiş Ştatlar sosial media nəhəngləri olan Facebook, Instagram və Twitter-i İran hökumət liderləri ilə əlaqədar hesabları ölkədə internet tam bərpa olunana qədər bağlamağa çağırıb.

İslamazeri.com  xəbər verir ki, Amerika Birləşmiş Ştatları sosial media nəhəngləri olan Facebook, Instagram və Twitter-i İran hökumət liderləri ilə əlaqədar hesabları ölkədə internet tam bərpa olunana qədər bağlamağa çağırıb.

“Bu, olduqca riyakar bir rejimdir. İnterneti bağlayır, hökumət isə bütün sosial media hesablarından istifadə etməyə davam edir” - deyə, ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk (Brian Hook) Dövlət Departmentinin Twitter səhifəsində yerləşdirilmiş müsahibədə bildirib. 

“Buna görə də biz Facebook, Instagram və Twitter kimi sosial media şirkətlərini Ali dini rəhbər Ayətullah Əli Xameneyi, xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Ruhaninin hesablarını onlar öz xalqı üçün interneti bərpa etməyənə qədər bağlamağa çağırırıq”, Brayan Huk deyib.

İran hökuməti keçən həftə ərzində hökumət əleyhinə etirazların ölkəni bürüdüyü vaxt interneti tamamilə bloklamışdı. Müşahidəçilər internet əlaqəsinin son iki gündə tədricən bərpa olunduğunu bildirir.

İran rəsmiləri noyabrın 15-də yanacaq qiymətlərinin artırılmasının elan edilməsindən sonra ölkənin 100-dən çox şəhərini bürümüş etiraz nümayişlərinin dayandığını bildirir. Lakin onların bu iddiasını təsdiq etmək mümkün deyil.

 

Tehran İranda son on il ərzində ən ciddi zorakılıqlarla müşayiət olunmuş etiraz nümayişlərində ABŞ,  Səudiyyə Ərəbistanı və İsrail də daxil olmaqla xarici düşmənləri və “quldurları” günahlandrıb.

“Rejim interneti ona görə bağlayıb ki, onlar rejimin ölkədə minlərlə etirazçını məruz qoyduğu ölüm və faciəni gizlətməyə çalışırlar” - deyə, Brayan Huk bildirib.

Facebook, Instagram və Twitter sosial şəbəkələrindən beynəlxalq mediaya hələlik məsələ ilə bağlı açıqlama verilməyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Əbbas Musəvi açıqlamasında ABŞ-ı anti-demokratik olmaqda suçlayıb.

"Hamı bilir ki, Amerikanın hazırkı hökuməti demokratik dəyər və prinsiplərə, həmçinin şəffaflığa və insan haqlarına, o sıradan başqaları üçün internet azadlığına məhəl qoymur.", -deyə Musəvi bildirib.

O sözlərinin davamında deyib ki, ABŞ  müxalif səslərin əlçatmasnı kəsmək məqsədilə tvitter daxil olmaqla iri ictimai və rabitə şəbəkələri və şirkətlərinin müdirlərinə təzyiq tətbiq etmək sahəsindəki keçmişinə bir baxış göstərir ki, bu hökumət azad internet mühiti ilə siyasi alət kimi rəftar edir.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü briqada generalı pasdar Rəməzan Şərif  isə Əlborz, Şiraz, Tehran və Xuzistandakı iğtişaşların başçılarını həbs olunduğunu bildirib.

"İran iğtişaşlarının arxasında amerikalılar, sionistlər, səudlar və münafiqlər terror qruplaşması durur.", -deyə iranlı general əlavə edib.

General Şərif vurğulayıb ki, İran xalqı sayıqlıqla düşmənlərin fitnəsini zərərsizləşdirə bildi.


ABŞ İranlı liderlərin sosial şəbəkə səhifələrinin bloklanmasına çalışır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayn al Asad bazasında yaralılar olduğunu etiraf edən ABŞ, sabah öldüklərini də etiraf edəcək - General Hacızadə
    "Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olmalıdırlar."
     16.02.2020
    ABŞ Ordusu Əfqanıstanda 1 uşaq olmaqla 8 mülki vətəndaşı qətlə yetirdi
    Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.
     16.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ