1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:16.02.2020 11:43:35

Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.

İslamazeri.com xəbər verir ki, ABŞ Ordusunun Əfqanıstanda həyata keçirdiyi hava hücumu zamanı hamısı mülki vətəndaş olan azı səkkiz nəfərin ölüb.

Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı ABŞ-ın Əfqanıstandakı qoşunlarını azaltması ilə əlaqədar Talibanla razılığa gəlmək "ehtimalının yüksək" olduğunu deyib.

ABŞ dövlət katibi Mayk Pompeo son günlərdə Talibanla sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olduğunu, müdafiə naziri Mark Esper isə Talibanın bir həftə zorakılıqların azaldılması ilə bağlı təklifi qəbul etdiyini bildirmişdi.

Lakin cümə günü Nangarhar vilayətində mülki şəxslərin olduğu nəqliyyat vasitəsi havadan hücuma məruz qalıb. Yerli sakinlərin dediyinə görə, biri uşaq olmaqla, 8 nəfər ölüb.

Nangarhar vilayəti qubernatorunun nümayəndəsi hadisəni təsdiqləsə də, qurbanlar kimliyi barədə məlumat verməyib.

Taliban sözçüsü Zabihulla Mücahid hücum zamanı 11 mülki vətəndaşın ölməsini tənqid edib.


ABŞ Ordusu Əfqanıstanda 1 uşaq olmaqla 8 mülki vətəndaşı qətlə yetirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusdan sonrakı e-dünya və ya dəyərlər yox olacaqmı? - ARAŞDIRMA
    Çoxları koronavirusdan sonra dünyanın necə olacağı haqqında fərziyələr irəli sürməkdədirlər.
     08.04.2020
    Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlandı
    "Ötən bir həftə ərzində pozitiv və neqativ hallar baş verib. Bugünkü brifinqdə də bu barədə məlumat verəcəyik".
     08.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ