EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.01.2019 22:36:31

"Saxta ittihamlarla həbs edilmiş bloger dördüncü həftədir Bakı həbsxanasından aclıq keçirir."

Bir qrup nümayişçi cümə günü Vaşinqtonda Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirərək, korrupsiyanı ifşa edən bloger Mehman Hüseynovu azad etməyi tələb edib:

"Saxta ittihamlarla həbs edilmiş bloger dördüncü həftədir Bakı həbsxanasından aclıq keçirir."

"Fikri ifadə etmək azadlığını boğmaq olmaz... Biz Mehman Hüseynovun və Azərbaycandakı bütün digər siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik", deyə mitinqin təşkilatçısı, Vaşinqtonda Crude Accountability qeyri-kommersiya təşkilatının icraçı direktoru Keyt Uotters bildirib.

"Onlar pis heç nə etməyiblər. Onlar qanunları pozmayıblar... OnOnların etdiyi tək şey korrupsiyanı ifşa edən vətəndaşlar kimi öz vəzifələrini yerinə yetiriblər. Və biz bütün dünyada onlarla həmrəyik", deyə o, əlavə edib.

Digər etirazçı, "Dərhal azadlıq" təşkilatından Karl Horberq qeyd edib ki, beynəlxalq ictimaiyyət "Azərbaycan hökumətinin jurnalistikanın cinayət olduğunu iddia etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamasına imkan verməməlidir".

Bir neçə siyasi məhbus, habelə fəallar və müxalifət xadimləri Bakıda Mehman Hüseynovla həmrəylik əlaməti olaraq aclıq elan ediblər.

Etirazçılar həmçinin ABŞ siyasətçilərini və beynəlxalq maliyyə institutlarını "insan hüquqları, plüralizm və demokratiya sahəsində öz öhdəliklərini davam etdirməyə və Azərbaycan rejimi ilə əməkdaşlığa son qoymağa çağırıblar.

"Mehman Hüseynov və bütün digər siyasi məhbuslar azad edilənə qədər onlar korrupsiya və insan hüquqları pozuntularına şərait yaradan neft və qazın maliyyələşdirilməsinə son qoymalıdırlar", deyə Crude Accountability-nin proqram direktoru Sonya Zilberman bildirib.

Azərbaycanın Vaşinqtondakı səfirliyi şərh vermək barədə sorğuya cavab verməyib. (Turan.az)


ABŞ paytaxtında Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ