1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:02.09.2019 10:43:49

Karib adalarında indiyədək qeydə alınan ən şiddətli fırtına adalardakı binaların damlarını uçurub və güclü daşqına səbəb olub.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Karib adalarında indiyədək qeydə alınan ən şiddətli fırtına adalardakı binaların damlarını uçurub və güclü daşqına səbəb olub.

Beşinci şiddət kateqoriyasına yüksələn Dorian qasırğasında küləyin sürəti saatda 285 kilometrə çatır.

Rəsmilər xəbərdarlıq ediblər ki, hündürlüyü 7 metrə çatacaq və "həyat üçün təhlükəsi" olan qabarmanın olması da proqnozlaşdırılır.

Qasırğa yavaş-yavaş qərbə doğru irəliləyir və ABŞ-ın şərqindəki dəniz sahilindəki bölgələrə çata bilər.

ABŞ-ın Florida, Georgia, Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.

Bazar günü günortadan sonra fırtına qısa müddətdə, Baham adalarını və Abako adalarını sulara qərq edib.

Fırtına, həmçinin şiddətli külək və leysan yağışları ilə Grand Bahama adasında da təsirini göstərib.

Baham adası sakinləri şiddətli küləklərin evlərin damlarını qoparmasının və bəzi evləri əhatə edən sel sularının görüntülərini sosial mediada yayımlayıblar.

Videolarda sel sularında olan dağıntılar və sellə gələn batmış gəmilərin görüntüləri var.

Ölkənin 700 adası ətrafında elektrik enerjisinin kəsilməsi və internetə girişin məhdud olduğu barədə məlumatlar var.

Hökumət qasırğa tüğyan edən ərazilərdə 14 sığınacaq açıb və təcili sığınacaqların siyahısına onlarla kilsə, məktəb və digər binaların adını daxil edib.

ABŞ prezidenti Donald Trump Polşaya olan səfərini təxirə salıb və fövqəladə vəziyyətin idarə olunması rəsmiləri ilə görüşüb.


ABŞ sahillərinə yaxınlaşan Dorian qasırğasının şiddəti 5-ci dərəcəyə çatıb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ