1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:18.09.2019 12:20:38

Birləşmiş Ştatlar və Belarus 11 illik fasilədən sonra səfirlər səviyyəsində diplomatik nümayəndəliklərini bərpa etmək planlarını açıqlayıb.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ və Belarus 11 illik fasilədən sonra səfirlər səviyyəsində diplomatik nümayəndəliklərini bərpa etmək planlarını açıqlayıb.

Bu barədə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Minskə səfəri zamanı bildirib.

Devid Heyl prezident Aleksandr Lukaşenko ilə görüş zamanı Vaşinqtonun “Belarusun suverenliyi və müstəqilliyini qətiyyətlə dəstəklədiyini” vurğulayıb.

Belarus prezidenti görüşdə ABŞ-ın Ukraynada münaqişənin nizamlanmasına kömək edə biləcəyini bildirib.

Qərb ölkələri və Minsk arasında Belarusda insan hüquqlarının durumu və siyasi repressiyalarla bağlı uzun illərdir fikir ayrılıqları mövcuddur.

Birləşmiş Ştatlar və Avropa İttifaqı 2006-cı il prezident seçkilərinin ardınca təqiblərdən sonra Belarusa qarşı sanksiyalar tətbiq edib.

Belarus sanksiyalara cavab olaraq 2008-ci ildə səfirini Birləşmiş Ştatlardan geri çağırıb, ABŞ səfiri isə bunun ardınca Minski tərk edib.

İki ölkə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsi və Kremlin Ukraynanın şərqində separatçılara dəstək verməklə, Belarusun ərazi bütövlüyü il bağlı narahatlıqların yaranmasının ardınca aralarındakı soyuq münasibətləri yenidən nəzərən keçirməyə başlayıb.

Moskva Rusiya və Belarus arasında vahid dövlətin yaradılmasına dair 20 illik planların canlandırılmasına çalışsa da, Lukaşenko buna meyl göstərməyib.

Belarus ölkə iqtisadiyyatının zəifləməməsi üçün Rusiyadan ucuz enerjidən ciddi şəkildə asılıdır. Moskva Belarusa satılan xam neftin qiymətini artırmaq üçün tədbirlər görür.


ABŞ və Belarus diplomatik nümayəndəlikləri bərpa edir - 11 ildən SONRA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ