Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:6.01.2022 13:46:54

Amerika Birləşmiş Ştatları (ABŞ) Administrasiyası Qazaxıstanı “sakitliyə” və “konstitusiya qurumlarına hörmət etməyə” çağırıb.

İslamazeri.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi yazılı açıqlamada Prezident Co Bayden Administrasiyasının Qazaxıstandakı hadisələri yaxından izlədiyini bildirib.

Prays açıqlamasında zorakılıq və mülkə ziyan vurma hərəkətlərini qınadıqlarını qeyd edib.

N. Prays “Həm hakimiyyəti, həm də nümayişçiləri sakit olmağa çağırırıq. Bütün Qazaxıstan xalqının konstitusiya qurumlarına, insan haqlarına, mətbuat azadlığına hörmətlə yanaşmasını və müdafiə etməsini istəyirik. Biz həmçinin bütün tərəfləri fövqəladə vəziyyətin sülh yolu ilə həllini tapmağa çağırırıq” deyib - trthaber məlumatı yayıb.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstanda davam edən nümayişlər və ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoqa çağırıb.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik Qazaxıstanda baş verənləri narahatlıqla izlədiklərini bildirib.

Dujarrik Qazaxıstandakı bütün tərəfləri təmkinli olmağa, zorakılıq və dialoqdan çəkinməyə çağırıb.

Qazaxıstanın qərbində maye qazın qiymətinin qalxması və ölkədəki sosial-iqtisadi vəziyyətin yanvarın 2-dən etibarən pisləşdiyi səbəbilə başlayan etirazlar ölkənin digər bölgələrinə də sirayət edib.

Küçə hadisələrinə çevrilən nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş verib.

Polis və hərbi maşınları yandıraraq hökumət binalarına daxil olan etirazçılara təhlükəsizlik qüvvələri səs bombaları ilə cavab verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etirazlara görə ittiham etdiyi hökumətin istefasını qəbul edib.

Etirazlar yayıldıqca ilk olaraq paytaxt Nur-Sultan, Almatı şəhəri və Manqistau əyalətlərində fövqəladə vəziyyət elan edilib.

Daha sonra fövqəladə vəziyyətin ölkənin bütün bölgələrində qüvvədə olduğu açıqlanıb.


ABŞ və BMT-dən qazaxıstanlılara ÇAĞIRIŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     2.07.2022
    DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
    Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib/
     2.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ