ABŞ, Yaponiya və Cənubi Koreyanın Qərbi Sakit Okeandakı birgə hərbi təlimi davam edir. Təlim beynəlxalq sularda koordinasiyanın artırılması və Şimali Koreya təhlükəsinə qarşı daşındırıcılığı hədəfləyir.

İslamazeri.com xəbər verir ki, ABŞ, Yaponiya və Cənubi Koreya Dəniz Qüvvələrinin Sakit Okeanın qərbindəki birgə hərbi təlimi davam edir.
Koreya yarımadası ətrafında başlayan və Cənubi Koreyadan 7 donanma gəmisi ilə ABŞ donanmasından "USS Nimitz", "USS Teodor Ruzvelt", "USS Ronald Reyqan" adlı üç təyyarə gəmisi və 11 döyüş gəmisinin iştirak etdiyi təlim bu gün (14 noyabr) başa çatacaq.
"Şimali Koreya təhlükəsinə qarşı müdafiə" manevrlərini ehtiva edən 4 günlük təlim həm Pxenyan rəhbərliyinin nüvə və raket əleyhinə təxribatlarına qarşı daşındırıcılıq, həm də təcili vəziyyətlərdə lazım olan atəş gücünü təmin etməyə hazır olduğunu göstərmək məqsədi daşıyır.
Bundan başqa, təlimlə iki ölkə hərbi qüvvələrinin birləşmiş əməliyyat qabiliyyətinin artırılması məqsədi güdülür.
ABŞ təyyarə gəmilərinin Cənubi Koreya donanması ilə birgə təlimə qatılması ilk olma xüsusiyyəti daşıyır.
Həmçinin üç təyyarə gəmisinin tək bir təlim üçün hərəkətə keçirilməsi tez-tez görülən bir təcrübə deyil. Bu şəkildə bir təlim ən son 2007-də Quam adası sahillərində olmuşdu.
ABŞ, Yaponiya və Cənubi Koreyanın Şimali Koreyaya qarşı birgə hərbi təlimi davam edir - ƏTRAFLI-FOTO-VİDEO