EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.05.2019 05:05:33

AFFA Bakıda "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə zəmanət verib

FFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanı mayın 29-da Bakıda Avropa Liqasının finalında "Çelsi"yə qarşı keçiriləcək oyun zamanı heç bir təhlükə gözləmir.

"Report" xəbər verir ki, baş katibin sözlərini "The Telegraph" nəşri sitat gətirib.

"Bizim dövlət orqanlarımız Mxitaryanın Bakıya gəlişi ilə bağlı UEFA-ya zəmanət veriblər. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı heç bir problem yoxdur. Biz UEFA-dan zəmanətin verilməsinə dair sorğunu hələ "Arsenal" finala çıxmamışdan əvvəl almışıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi üçün bütün zəruri təhlükəsizlik tədbirlərini görüb", — deyə E.Məmmədov bildirib.

Daha əvvəl "The Times" nəşri "Arsenal" klubunun erməni futbolçunu guya "təhlükəsizlik məqsədi ilə" Bakıya gətirməmək qərarına gəldiyini yazıb.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.


AFFA Bakıda "Arsenal"ın erməni futbolçusunun təhlükəsizliyinə zəmanət verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ