Təhlükəsizlik orqanları terror aktı ilə bağlı araşdırma aparır.

İslamazeri.com “Krasnaya Vesna”-ya istinadən xəbər veri ki, ötən gün Yunanıstanın paytaxtı Afina şəhərinin Patisiya rayonunda partlayış baş verib.
Hadisə nəticəsində bina və avtomobillərə ciddi zərər dəyib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bildirilib ki, sözügedən bina məscid kimi fəaliyyət göstərir.
Qeyd edilib ki, canilər ibadətgaha tərəf partlayıcı qurğu ataraq ərazidən qaçıblar.
Təhlükəsizlik orqanları terror aktı ilə bağlı araşdırma aparır.
Məlumata görə, bu, Afinanın ən qədim məscidlərindən biridir.
Afinanın ən qədim məscidinə bomba atıldı