EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.08.2018 15:58:37

Azərbaycan İslam Partiyası ərəb koalisiya qüvvələrinin yəmənli körpələri bombardman etməsi ilə bağlı etiraz bəyanatı yayıb

Azərbaycan İslam Partiyası ərəb koalisiya qüvvələrinin yəmənli körpələri bombardman etməsi ilə bağlı etiraz bəyanatı yayıb

 

Partiyanın Mətbuat Xidmətindən “İslamın Səsi”nə daxil olan bəyanatda deyilir:

 

“Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya qüvvələrinin ötən gün yəmənli məktəbliləri daşıyan avtobusu bombalaması nəticəsində həyatlarını itirən körpələrin sayı 50 nəfəri ötdü. Hava basqını nəticəsində yaralanan uşaqlartın sayı səksənə yaxındır.

 

Yəmənin Saada əyalətinin Dahyan rayonunda məktəblilərin qətliam edilməsi bəşəriyyətin faciəsi kimi qiymətləndirilməlidir. Bana faşizmin qayıdışından, İslam dininin özünü müsəlman adlandıranlar tərəfindən bütün insani və bəşəri keyfiyyətlərinin Səudiyyə krallığı tərəfindən açıq-açığına inkar edilməsindən başqa ad vermək mümkün deyil.

 

Həcc ziyarəti ərəfəsində beynəlxalq sionizm və İslamın düşməni olan digər imperiya qüvvələrinin arzu və istəklərini yerinə yetirən Səud rejimi başqa sözlə bu qeyri-insani vərdişlərilə öhdəlikllərinə əməl edir. Müsəlmanları qətliam üçün ABŞ tərəfindən yaradılmış, Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi koalisiya yaxın üç il ərzində bombardmanlar nəticəsində on mindən artıq uşaq və qadını məhv etmişdir. Ölənlərin ümumi sayı isə əlli mini ötməkdədir.

 

Hesab edirik ki, insanların yaşamaq haqqını əllərindən alan, müsəlmanları soyqırıma məruz qoyan rejimlərin sonu yetişməkdə olsa da, beynəlxalq təşkilatlar, BMT insanlığın bu mənəvi tənəzzülünə ciddi reaksiya verməli, dünyanın qorxulu kabusdan xilasına səylərini artırmalıdır. Dünya ictimaiyyəti görməzlik və eşitməzlik sindromundan özünü xilas etməyincə planetimizin cəhənnəmə dönməsi dalğası davam edəcək.

 

Azərbaycan İslam Partiyası dünyanın sağlam qüvvələrini, beynəlxalq bəşəriyyəti, insanlıqdan payı olan hər kəsi, hər bir müsəlmanı dünyanın ən böyük faciə müəllifi olan yezid (l)-ın törəmələrini insanlığın xilası naminə geri oturtmağa, onlara layiqli cavab verməyə çağırır. Biz eyni hadisələri son günlərdə Qəzzada günahsız fələstinli uşaq və qadınlara qarşı təkrar edən sionist İsrail rejiminin yetişdirdiyi cəlladlara ciddi əks zərbələr yetirmək üçün insan təəssübkeşlərini qüvvələrini birləşdirərək vuruşmağı həyati vacib şərt hesab edirik.”


AİP ərəb koalisiyasının Yəməndə törətdiyi qətliam və cinayətlərlə bağlı bəyanat yayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İran təzyiq və sanksiya ilə siyasətini dəyişdirmir
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika rəhbərliyini başqa ölkələrə qarşı hörmətli davranmağa dəvət edib.
     14.08.2018
    Suriyalı kürd heyətin Dəməşqə ikinci səfəri
    Suriyalı kürdlərin nümayəndə heyəti paytaxt Dəməşqə keçirdiyi ilk səfərdən iki həftə sonra ikinci heyət Şama gələrək Suriya rəhbərliyi rəsmiləri ilə görüşüb.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ