EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:28.07.2019 21:59:45

AİP lideri Hacı Mövsüm Səmədovun oğlu Zeynalabidin Səmədov cəbhə bölgələrimizdə yerləşən hərbi hissələrdən birində hərbi xidmət keçməyə yollanıb.

AİP lideri Hacı Mövsüm Səmədovun oğlu Zeynalabidin Səmədov cəbhə bölgələrimizdə yerləşən hərbi hissələrdən birində hərbi xidmət keçməyə yollanıb.

Allah bütün əsgərlərimizi qorusun! İslamazeri.com xəbər verir ki, Mövsüm Səmədov cəza çəkdiyi Qobustan həbsxanasından "Oğluma məktub" başlıqlı məktub yazıb:
"Zindan pəncərəsindən dünya daha aydın görünür. Zənnimcə bu baxışda düşündürücü bir həqiqət vardır. Bəlkə də bunun səbəbi ondan irəli gəlir ki, kameranın divarları məhbusu bu dünya ilə ayıran axırıncı bir səddir. Buna görə də əgər desək ki, zindanda dünya meyilləri, demək olar ki, çox az dərəcədə cilvələnir, bəlkə də, yanılmarıq. Bəli, mütəfəkkirlərin dili ilə desək, zindan böyük bir məktəb və mədrəsədir. Bura haqq yolunun yolçularının qaçılmaz bir dayanacağıdır. Hətta zindan bu yolda olanlar üçün İlahi rəhmətindən nazil olan müqəddəs bir məkandır. Zindan zalımların təhdidlərinin bir alətidir. Təbiidir, zindan bizi heç vaxt yora bilməz. Hərçənd ki, biz istəklərimizə çatmaqda müvəffəq ola bilməsək də, qəlbən azad olan insan dünya məhdudiyyətləri ilə üz-üzə gələndə heç vaxt məhbus ola bilməz.

Zindan həm də müqavimət və istiqamət mərkəzidir. Bizdən qabaqkılar bizə necə ülgü olublarsa, biz də gərək bacardığımız qədər bu İlahi amallara sadiq qalmağımızı Ulu Rəbbimizdən diləyək.

Biz bu Vətənin övladlarıyıq. Əgər tale bizdən həyatımızı burada tamamlamaq istəsə, təbii ki, bu bizim üçün gözəl bir qismət olacaq. Biz nəinki məhşərdə, həm də gələcək övladlarımızın yaddaşında alnıaçıq və üzüağ olmağı özümüzə bir vəzifə bilirik.

Hər bir xalqın tarixi onun igid övladlarının mübarizliyi səhnəsində yazılır. Bu mübarizə ruhiyyəsinə malik olmayanlar həqiqi azadlığın dadını heç zaman dada bilməzlər".

Mövsüm Səmədov


AİP lideri Mövsüm Səmədovdan əsgərliyə yollanan oğluna MƏKTUB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ