EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2018 22:37:53

"Müstəqillik qazananda cəmi 17 məscidin olduğu Azərbaycanda hazırda 2 min məscid var. Bu, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin apardığı siyasətin, dinə yanaşmasının nəticəsidir”.

"Müstəqillik qazananda cəmi 17 məscidin olduğu Azərbaycanda hazırda 2 min məscid var. Bu, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin apardığı siyasətin, dinə yanaşmasının nəticəsidir”.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının 7 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri keçən il Azərbaycanda "İslam həmrəyliyi ili” elan olunmasını xatırladıb: "Mən bunu eşidəndə bir az qorxdum. Qonşuluğumuzda 80 milyonluq Türkiyə, İran kimi müsəlman dövlətləri var, 9 milyonluq bir dövlət deyir ki, dünyada islam həmrəyliyi yaradacağıq. Mən bunu prezident İlham Əliyevə dedim, dövlət başçısı cavab verdi ki, qorxma, bacararıq. Bu, uzaqgörənlikdir. Azərbaycanda həm İslam Oyunlarının keçirilməsi, həm "İslam həmrəyliyi ili” elan olunması çox önəmli idi. Mən bu ay xaricdə iki böyük tədbirdə olmuşam. O tədbirlərdə Azərbaycana böyük qiymət verirdilər. Bu hörmət ölkəmizdə ifadə, dini etiqad azadlığının olması ilə bağlıdır. Bəziləri ölkəmizə qara yaxmaq istəyirlər. Mən onlardan soruşuram ki, bu dövlət, xalq üçün nə etmisiniz?! Məscidlərimizin sayı 17-dən 2 minə çatıb. 800 məscid qeydiyyatdan keçib, 1000-dən yuxarı din xadimlərimiz var. Bu yaxınlarda İlahiyyat İnstitutu açılıb. Bu ildən inşallah, Bakıda və başqa regionlarda mədrəsələrimiz açılacaq. Dövlət dindarlar üçün hər cür şərait yaradıb. Bu gün əsas məqsədimiz öz dövlətimizi, dövlətçiliyimizi qorumaqdır. Bizi başqa yola çəkmək istəyən, xaricdən bizə təsir etmək istəyən insanlar dövlətimizi, xalqımızı istəməyənlərdir. Dövlətimizi, xalqımızı istəyən insanlar belə işlər görməzlər”.


Allahşükür Paşazadə: “İlham Əliyevə dedim ki, qorxuram”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İran təzyiq və sanksiya ilə siyasətini dəyişdirmir
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika rəhbərliyini başqa ölkələrə qarşı hörmətli davranmağa dəvət edib.
     14.08.2018
    Suriyalı kürd heyətin Dəməşqə ikinci səfəri
    Suriyalı kürdlərin nümayəndə heyəti paytaxt Dəməşqə keçirdiyi ilk səfərdən iki həftə sonra ikinci heyət Şama gələrək Suriya rəhbərliyi rəsmiləri ilə görüşüb.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ