1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:23.05.2019 02:18:46

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

Avropa Liqasının yarımfinal mərhələsində “Çelsi”yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub.

“DW Sports” nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut “Twitter” hesabında “Ayntraxt” azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.

“Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 “Ayntraxt” fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb”, - deyə Feliks qeyd edib.

Avropa Liqasının finalında İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır. (Sportal.az)


Alman azarkeşlər finalın biletlərini yoxsul azərbaycanlı uşaqlara payladılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı
    Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
     30.05.2020
    Washingtonpost: Trampın sanksiyaları uğursuzdur; İran və Venesuela bunu isbat etdi...
    ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ