EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.04.2020 18:50:11

Alman polisi müxtəlif əyalətlərdə Hizbullah qruplarına qarşı əməliyyatlar həyata keçirməyə başlayıb.

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Almaniyanın Daxili İşlər naziri Horst Seehofer Hizbullahın Almaniyada fəaliyyətinin qadağan edildiyini açıqlayıb.

Çərşənbə axşamı səhər saatlarından Alman polisi müxtəlif əyalətlərdə Hizbullah qruplarına qarşı əməliyyatlar həyata keçirməyə başlayıb.

Bild qəzetinin xəbərinə görə, Almaniya DİN Hizbullahın “İsrail dövlətinin yox edilməsini” hədəflədiyinə görə fəaliyyətinə qadağa qərarı verib.

Polis Hizbullaha aid olmaqda ittiham olunan dörd məscid və dərnəyə bu səhər əməliyyat keçirib. Əməliyyatlar Berlində Əl-İrşad məscidi, Bremendə Əl-Mustafa camaatı, Münsterdə İmam Mehdi Mərkəzi və Dortmunda Livanlı miqrantlar camaatı adlı dərnəklərdə həyata keçirilib və  Hizbullah üzvlərinin görüş yeri olduğu bildirilib. Təhlükəsizlik gücləri Almaniyada Hizbullah üzvlərinin sayının təxminən mindən çox olduğu qənaətindədir.


Almaniya ölkəsində Hizbullahın fəaliyyətlərini qadağan etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ