EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.05.2020 14:39:41

Almaniya kansleri Angela Merkel cümə axşamı federal ştatların rəhbərləri ilə görüşdən sonra mətbuat konfransı keçirməlidir.

Almaniya mediası DPA xəbər agentliyinə istinadən virusa yoluxma riskini minimuma endirmək üçün sosial uzaqlaşma və gigiyena tələblərini yerinə yetirməklə, ölkədəki muzeylərin, sərgilərin, memorialların, zooparklar və botanika bağlarının yaxın zamanda açıla biləcəyini bildirib.

İslamazeri.com  amerikanınsesi-nə istinadən xəbər verir ki, hökumət layihəsindən gətirilən sitata görə, bu şərtlər virusun daha asan yayıla biləcəyi kiçik və ya tarixi binalar üçün xüsusilə vacibdir. Məlumatda bildirilib ki, ayrılan 10 milyon avro (10.88 milyon dollar) yardım muzeylərdə lazımi tədbirlər görülməsinə yardım edəcək.

Focus jurnalında yeni koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün qadağan edilən kilsə xidmətlərinin də bir müddət sonra işlərini bərpa edə biləcəyi deyilib. Xəbərlərdə yeni tədbirlərin qüvvəyə minəcəyi tarixlər bildirilməyib.

Almaniya kansleri Angela Merkel cümə axşamı federal ştatların rəhbərləri ilə görüşdən sonra mətbuat konfransı keçirməlidir.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dörd həftə sürən ciddi karantindən sonra Almaniyada bəzi məhdudiyyətlər yüngülləşdirilərək, Köln və Frankfurt kimi şəhərlərdə bəzi mağazaların açılmasına icazə verilib.


Almaniyada təcrid bitir: kilsələr, muzeylər, zooparklar və botanika bağları açılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ