EURO 1,9126 TRY 0,2916
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.03.2019 14:06:49

Azərbaycanda ədalətsiz həbsdə olan fəalların azad edilməsi düzgün istiqamətdə bir addımdır.

Azərbaycanda ədalətsiz həbsdə olan fəalların azad edilməsi düzgün istiqamətdə bir addımdır. Amma Azərbaycanda qorxu və təzyiq ab- havasını dəyişmək üçün daha çox səy göstərilməsinə ehtiyac var.

Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.

Təşkilat Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsinə toxunaraq, ölkədə tənqidi səslərə görə uzun müddət həbs olunmuş gənc NİDA-çı fəalların, eləcə də Nardaran hadisələrinə görə həbs olunmuş Fuad Qəhrəmanlının azad olunmasını xatırladır.

Təşkilat yerli hüquq- müdafiə təşkilatlarına istinad edərək hələ də 74 siyasi fəalın, jurnalistlərin və müxalif fəalların ədalətsiz olaraq həbsdə olduğunu qeyd edir.

Aİ hesab edir ki , Azərbaycan hələ də vətəndaş cəmiyyəti üçün demək olar ki, qeyri-mümkün olan repressiv qanunvericiliyi saxlayır, QHT-lərin qeydiyyata alınması və maliyyələşdirilməsi ilə bağlı tələbləri, bu qrupların ölkədən çıxışına hələ də qadağan olan proseslərin davam etdiyini göstərir.

"Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlara Amnesty International da daxil olmaqla, ölkədə insan haqlarının vəziyyətini müşahidə etməyə imkan yaratmalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa İttifaqı ölkədə qorxu və repressiya şəraitinin aradan qaldırılmasından ötrü hakimiyyətin insan hüquqları sahəsində geniş islahatlar aparması üçün Bakıya təzyiq göstərməlidir. (Turan)


Amnesty International: Fəalların azad edilməsi düzgün addımdır, amma...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyanın elit təbəqəsi May bayramlarını Bakı və Balidə qeyd edəcək
    May bayramlarında gedəcəyi ən məşhur beş istiqamət arasında Bali, Köln və Münhen, Maldiv adaları ilə yanaşı Bakı şəhərinin də adı var.
     23.04.2019
    Bərdə sakini Bakıda 3 nəfərin 160 min manatını mənimsəyib
    Bərdə sakini Bakıda 3 nəfərin külli miqdarda pulunu mənimsəyib.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ