1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:25.04.2019 09:22:18

Hazırda Rusiya da daxil olmaqla MDB dövlətlərində 80% apteklər antibiotik kimi mürəkkəb dərmanı reseptsiz satır.

Hazırda Rusiya da daxil olmaqla MDB dövlətlərində 80% apteklər antibiotik kimi mürəkkəb dərmanı reseptsiz satır. Yəni istənilən insan istər böyük, istər uşaq üçün sadəcə bir aptek işçisi ilə məsləhətləşib və ya kimdənsə eşitdiyi antibiotiki alıb özünü müalicə ilə məşğul olur.

YEnicag.az əhali arasında antibiotiklərlə bağlı yayılmış məşhur miflərə aydınlıq gətirir.

1. Hansı hallarda antibiotik lazımdır: virus, yoxsa bakterial yoluxmada?

Antibiotik yalnız və yalnız bakterial infeksiyalarda təyin olunur. Virus infeksiyalarında, yəni qrip, zökəm və s. antivirus preparatlar lazımdır.

Antibiotik pmevmoniya, tonzillit, irinli haymorit, laringit, pielonefrit, streptokokkla yoluxmalarda effektivdir. Antibiotiklər bakteriyaların hüceyrələrinə dağıdıcı zərbə endirir.

Ona görə qızdırma olan kimi, burun axanda, öskürəndə, ya halsız olanda dərhal antibiotik qəbul etmək olmaz.

2. Antibiotiklərin ən çox yayılmış əks-təsirləri hansılardır?

Antibiotik qəbul etdikdə bağırsaq florasının bir qismi məhv olur. Çünki bu mikrofloranı bakteriyalar təşkil edir. Dərman hansı bakteriyanı ayırd edə bilmədiyindən, hamısına hücum edir. Ona görə həzm sistemində pozulma, ishal, qusma, ürəkbulanma, tez-tez tualetə getmək, baş ağrısı qaçılmazdır.

Əgər diareya çox güclü olarsa, tualetə 10 dəfədən artıq gedilərsə, dərman qəbulu dayanmalı, maye balansı bərpa olunmalı, həkimə bu barədə xəbər verilməlidir.

3.Antibiotiklərdən sonra bağırsaq florasını bərpa etmək mütləqdirmi?

Xeyr. Buna gərək yoxdur. Çünki dərman saxlandıqdan sonra, mikroflora özü bərpa olur. Yalnız psevdomembran kolit olarsa, mikrob əleyhinə dərmanlar təyin olunur.

Hazırda çox həkimlər xüsusən uşaqlara pro və previotiklər təyin etməyə meyillidir. Bu preparatlar, məsələn Linex kimilər populyardır. Lakin dünya səhiyyə təcrübəsində belə preparatlar təyin olunmur. Bağırsaq florası qida ilə bərpa olur. Eləcə də antibiotikdən disbakterioz oldu deyə anlayış da yoxdur. Əgər hansısa həkim sizi disbakteriozdan müalicə edirsə, buna inanmayın.

4. Antibiotiklər immuniteti məhv edir?

Bu ən çox yayılmış mifdir və əsası yoxdur. İmmunitet elə bir sistemdir ki, antibiotik heç gedib ona çatmır. Antibiotiklər konkret mədə-bağırsaq xəstəliyi də yaratmır, sadəcə mikrofloranı pozur.

5. Hamilə və südverən qadınlara antibiotik olmaz?

Əgər hamilə qadın və körpə bakterial infeksiyadan tələf olacaqsa, o zaman həyatı qorumaq üçün antibiotik təyin olunur.
Müasir tibbdə hamilələr üçün daha zərərsiz antibotiklər var. Lakin hamilə və südverən qadının özbaşına hər hansı antibiotiki qəbul etməsi qəti qadağandır.

6.3 gün qəbul etdikdən sonra yaxşılaşdım, dərmanı saxlayım?

Xeyr. Əgər antibiotik yazılıbsa, onun kursunu dəqiq qəbul etmək lazımdır. Çünki antibotik bombardmanından hələ sağ çıxan, sadəcə gücsüzləşən bakteriyalar olur. Dərmanı saxlasaz, onlar antibiotik rezistentliyi qazanıb, gələn dəfə ikiqat güclə hücuma keçəcək.

7.Bakterial infeksiyanı antibiotiksiz sağalda bilərəm?

Ola bilər. Yüngül formada və immunitet çox güclüdürsə. Amma hər hansı orqanda ağırlaşma verən bakterial infeksiya kök salıbsa, risk etməyə dəyməz. 3-5 günlük antiobiotiklə daha effektiv mübarizə aparın.


Antibiotiklər haqqında 7 MİF - Əks-təsirləri hansılardır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ