EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:27.10.2018 17:40:28

Hacı Surxay Məmmədlinin iştirak etdiyi məclisdən çəkilmiş fotoda içki olmasına olan ittihamlara münasibət bildirilib.

"Azerbaycanrealligi.com" saytı son zamanlar gündəm mövzusuna çevrilmiş bir şadyanalıq məclisinin fotoşəklinin ətrafında yaranmış ziddiyyətli fikirlərə aydınlıq gətirməyə çalışdı. Müsahibimiz Fikrət Cəfərli tanınmış dini-ruhani şəxs Hacı Surxay Məmmədlinin iştirak etdiyi məclisdən çəkilmiş fotoda içki olmasına olan ittihamlara münasibət bildirdi.

O dedi: "Hacı Surxay Məmmədli Azərbaycan dinşünaslıq tarixinin ən mükəmməl alimlərindən biridir. Mən sizə rəsmən deyirəm ki, Hacı Surxay kimi mükəmməl bir alim, demək olar ki, yoxdur, mən tanımıram. Hacı Surxay, ümumiyyətlə, içki məclislərində nəinki oturmaq, heç oturmayıb da, oturmaz da. Orada hansısa bir əyyaşın, özü  kimi düşünən, hər yerdə limonad sularını araq kimi görən içki düşkünlərinin belə uydurmalarına inanmayın. Bu stolda araq olmayıb və ola da bilməz".

Müsahibimiz bir faktı da vurğuladı: "O şəkil mənim evimdə çəkilib, mənim oğlumu da görürsünüz o şəkildə. O qədər mənəviyyatsız adam var ki, deyək ki, əyyaşın biri götürüb paylaşıb, yaraşmayan hərəkət edib və yazıb ki, Hacı Surxay içki məclisində oturub. Ayıbdır. Belə şeylərlə kimlərsə nəsə yaratmaq istəyirlərsə, alınmaz. Allah qarşısında ən böyük günah başqasının haqqına girib ona şər atmaqdır. Özünə hörmət eləyən, özünə, şəxsiyyətinə, öz dininə hörmət eləyən bu formada şər-şəbədə ilə məşğul olmaz".

Bildirək ki, müasir dövrdə Hacı Surxay dunşünaslıq elmində öz çoxsaylı elmi araşdırmaları ilə tanınan dini xadimdir. "Azerbaycanrealligi.com" saytı Hacı Surxay Məmmədli barəsində yayılan iddiaların yanlış olduğunu və Hacı Surxayın mənəvi dünyasına daban-dabana zidd olduğunu bildirən Fikrət Cəfərlinin verdiyi açıqlamanı olduğu kimi saytımızın izləyicilərinə çatdırmaq xahişini nəzərə alaraq dediyi fikirləri onun işlətdiyi cümlələrlə təqdim etməyi özümüzə borc bildik.


"Araq şüşəsi, yoxsa limonad?" - Hacı Surxayla bir süfrədə oturan danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəhşətli hadisədə ölən tələbənin FOTOsu - Evin tək oğlu olub
    Faktla bağlı Astara rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
     20.05.2019
    Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
    Təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ