EURO 1,9309 NEFT 61,34
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:10.11.2018 09:50:10

İnzibati tədbirlər bundan sonra da davam etdiriləcək.

Astara RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə rayon ərazisində reyd təşkil edilib.

Trend-in məlumatına görə, noyabrın 9-da Astara şəhəri ərazisində keçirilən reyd zamanı bir çox kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıb. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar aşkarlanıb. Eyni zamanda, sərnişindaşıma ilə məşğul olduğu halda gündəlik tələb olunduğu halda tibbi müayinədən keçməyənsürücülərə də rast gəlinib. Sadalanan faktlarla bağlı 15 sürücü haqqında qanunamüvafiq tədbirlər görülüb.

Reyd zamanı bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.

Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.


Astarada REYD: Normadan artıq sərnişin daşıyan, istismara yararsız avtobuslar aşkarlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bütün avtobuslar kart sisteminə keçəcək - BU TARİXƏDƏK
    2019-cu ilin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq.
     23.01.2019
    Moqerini Varşavadakı anti-İran konfransında iştirak etməyəcək
    Müşahidəçilər ABŞ-ın İran əleyhinə konfransına marağın və həmçinin iştirak səviyyəsinin çox aşağı olacağını bildirir.
     23.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ