1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.09.2020 10:02:41

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu onuncu gündür aclığı davam etdirir.

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu onuncu gündür aclığı davam etdirir.

Bu barədə onun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib.

Nigar Həzi atasının səhhəttindən narahatdır. O sentyabrın 10-da 3 saylı Bakı İstintaq Təcridxanasında atası ilə görüşüb.

“Atamın səhhəti yaxşı deyil. Görüşə güclə gəldi. Başı gicəllənirdi, görüşə səndəlləyə-səndəlləyə gəldi. Vizual gördüm ki, o, divardan tuta-tuta yeriyir. Çox zəifləyib, çəki itirib,” o dünən görüşdən sonra Amerikanın Səsinə deyib.

Nigar Həzi vəkillərin hazırda apellyasiya şikayətlərinin qəbul edilib-edilməməsi barədə məlumat öyrənmək üçün Bakı Apellyasiya Məhkəməsində olduqlarını deyib. Onun szölərinə görə, apellyasiya şikayətinə nə vaxt baxılacağı barədə hələ məlumat verilmir.


Atamın səhhəti yaxşı deyil - Nigar Həzi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ