1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.05.2019 15:19:49

Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.

Avropa İttifaqı "Dünayada insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair" illik hesabat yayıb.

Hesabatın Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur.

"Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır", deyə hesabatda qeyd edilir.

Sənəddə həmçinin arbitrar həbsələrə diqqət yetirilir. "Məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanıb, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanılması halları baş verib. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən alıb. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır", deyə sənəddə qeyd edilir.

Hesabatda deyilir ki, Aİ-nin Azərbaycanla əməkdaşlığı son vaxtlar, xüsusilə də 2018-ci ilin sentyabr ayında Tərəfdaşlıq Prioritetlərinin imzalanması ilə intensivləşib ki, bu da növbəti illərdə əməkdaşlığı istiqamətləndirəcək və onu genişləndirəcək. Bu prioritetlər 2020-ci ilədək maliyyə əməkdaşlığını siyasi çərçivə ilə təmin edəcəkdir.

"Aİ-Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlar davam edir. Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişi əsasında duran məsələlərdir", deyə Avropa İttifaqı qeyd edir.

Sənddə həmçinin bildirlir ki, Avropa İttifaqının Bakıdakı Nümayəndəliyi insan hüquqları ilə bağlı təcili məsələlərin ünvanlanması üçün Ədliyyə və Daxili İşlər Nazirlikləri ilə işçi səviyyəsində münasibətlər qurub, humanitar mahiyyətli bir sıra müraciətlər təqdim edib.

"Üzv Dövlətlərlə yaxın əməkdaşlıqda Avropa İttifaqının Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanılması kimi cari halları yaxından yoxlayıb, müxalifətdən olan tərəflərin vəkilləri və qohumları, nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də dövlət qurumları ilə görüşlər keçirir. Ölkədə insan hüquqları ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə Ombudsman Aparatında bir sıra görüşlər keçirilib".

Avropa İttifaqının Azərbaycana yardımı indikativ olaraq yeddi ili əhatə edən (2014-2020) 139 milyon Avro və 169 milyon Avro arasında proqramlaşdırılmış. Avropa Qonşuluq Alətinin ilk beş ilində Azərbaycana yardım paketi 79 milyon Avroya bərabər olub.

2019-cu il üçün Avropa İttifaqının nəzərdə tutulan yardımı (15 milyon Avro) Şərq Tərəfdaşlığının dörd prirotet sahəsində Avropa İttifaqı-Azərbaycan arasında Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsini dəstəkləyəcək, vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələcək.

Hesabatda deyilir ki, Avropa Şurasının üzvü olaraq Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunlaşmaq və onları tam şəkildə həyata keçirmək öhdəliyi var.

"Avropa Şurasının Azərbaycanda əməkdaşlıq proqramları (çox zaman AŞ-Aİ birgə proqramlarıdır) konstruktiv əlaqə vasitəsidir. 2018-ci ilin oktyabr ayında qəbul edilmiş Fəaliyyət Planına əsasən, Avropa Şurası və Azərbaycanın qurumları məhkəmə və prokurorluq xidmətinin səmərəliliyini, hesabatvermə və şəffaflığını daha da artırmağa, Avropa insan hüquqları standartlarının tətbiqini genişləndirməyə, penitensiar sistemin islahatını təkmilləşdirməyə yönələn əməkdaşlıq proqramları vasitəsilə islahatları birgə aparmağa, korrupsiya və çirkli pulların yuyulması əleyhinə mübarizəni gücləndirməyi davam etməyə razılaşıb", deyə sənəddə qeyd edilir. (turan.az)


Avropa İttifaqı: Azərbaycanda insan hüquqlarının vəziyyəti narahatlıq doğurur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ