Belarus və Avropa İttifaqı (Aİ) bu ilin payızında viza rejiminin sadələşdirilməsi üzrə saziş imzalaya bilər.

Belarus və Avropa İttifaqı (Aİ) bu ilin payızında viza rejiminin sadələşdirilməsi üzrə saziş imzalaya bilər.
APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Belarusdakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin “BelaPAN” agentliyinə müsahibəsində deyib.
“Sazişin mətni üzrə bütün danışıqları iyun ayında yekunlaşdırmışıq. Hazırda sənəd dövlətdaxili prosedurlardan keçir. Belarusun Xarici İşlər naziri ilə görüşdə biz payızda sazişi imzalayacağımız haqda danışdıq. Sazişin imzalanacağı dəqiq tarix hələ müəyyənləşməyib. Lakin mən tam əminəm ki, biz bu sənədi imzalayacağıq”, - A. Viktorin qeyd edib.
A. Viktorin bildirib ki, müəyyən fikir ayrılıqlarına baxmayaraq, son illərdə Belarus və Aİ arasında davamlı dialoq qurulub, real irəliləyiş müşahidə edilir.
Avropa İttifaqı bu MDB ölkəsinə vizanı asanlaşdıra bilər