EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.09.2019 01:03:52

Sentyabrın 5-də Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 15 şikayət üzrə qərarını elan edib.

Sentyabrın 5-də Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 15 şikayət üzrə qərarını elan edib.

Demokrat.az xəbər verir ki, bu haqda hüquqşünas Xalid Ağalıyev məlumat yayıb.

Məlumata görə, ərizəçilər müxalif partiya təmsilçiləri, ictimai-siyasi fəallardır. Onların hamısı 2009-2015-ci illər aralığında müxtəlif aksiyalarda saxlanılıblar, inzibati qaydada cərimələnib, inzibati həbsə məhkum olunublar.

Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində Konvensiya ilə qorunan işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, birləşmək azadlığı və s. hüquqlarının pozulduğunu iddia edirdilər.

Avropa Məhkəməsi yekun qərarında hesab edib ki, dövlət Ərizəçilərə münasibətdə onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və birləşmək azadlığı hüquqlarına müdaxilə edib.

Qərara əsasən, dövlət ərizəçilərə təzminat ödəməlidir. Qərardan 3 ay sonra ərizəçilərdən Elçin Həsənova, Nazim Abbaslıya 9 min, Ruslan Nəsirliyə 14 min, Vüqar Rzayevə 7200, Razim Rzayevə 7270, İslam Həsənova 5750, Mübariz Əbdülkərimova 5750, Rauf Əbdülrəhmanlı, Əli Abdullayevə 5500, Rafiq Cəlilova 9200, Türkel Alışova 11 min, Saqif Qurbanova 11 min avro təzminat ödənilməlidir.

Ərizəçilərdən yalnız bir nəfər - Fuad Hacıyevə təzminat ödənilməyəcək. AİHM onun birləşmək hüququnun pozuntusunu tanıyıb, ancaq ərizəçi tərəfi maddi tələb irəli sürməyib.


Avropa Məhkəməsi Azərbaycanı cərimələdi - 3 ay ərzində təzminat ödənilməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ