EURO 1,9377 NEFT 67,39
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.07.2018 16:32:03

Avropa Şurası başçısı Trampa müraciət edib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Avropa Şurasının başçısı Donald Tusk “Twitter” vasitəsilə ilə ABŞ prezidenti Donald Trampa müraciət edib və onu inandırıb ki, rəsmi Brüssel rəsmi Vaşinqtonun ən sadiq müttəfiqi olaraq qalmağa davam edir.

Xatırladaq ki, Tramp daha öncə “Twitter” hesabında yazmışdı ki, NATO sammitində iştirak üçün Avropaya səfər etməyə hazırlaşır. O qeyd etmişdi ki, ABŞ müdafiə sahəsinə NATO-nun digər üzvlərindən daha çox pul xərcləyir. Həmçinin Tramp bildirmişdi ki, ABŞ Avropa İttifaqı ilə ticarətə görə 151 milyard dollar pul itirib.

Tusk isə öz növbəsində yazıb ki, ABŞ-ın “Avropa İttifaqından yaxşı müttəfiqi yoxdur və olmayacaq da”.

Tusk bildirib ki, Avropanın müdafiə xərcləri Rusiyanın oxşar xərclərindən olduqca çoxdur və həmin xərclər Çinin müdafiə xərcləri qədərdir.

“Ümid edirəm ki, siz şübhə etmirsiniz ki, bu, bizim təhlükəsizliyimizə edilən investisiyadır.”, - deyə o bildirib.

“Əziz Amerika, öz müttəfiqlərini qədrini bil, axı sənin elə də çox müttəfiqin yoxdur. Əziz Avropa, öz müdafiənə daha çox pul xərclə, axı hər kəs yaxşı hazırlıq görmüş və təchiz edilmiş müttəfiqlərə hörmət edir.”, - deyə Tuskun Trampa müraciətində yazılıb.

Xatırladaq ki, 11-12 iyulda Brüsseldə NATO sammiti baş tutacaq.


Avropadan ABŞ-a mesaj: Bizdən yaxşı müttəfiqin yoxdur və olmayacaq da!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirtağı Əsədovun atası oğlunun saxlanılmasında Gürcüstanın marağı olduğunu düşünmür
    İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin, Tolerantlıq və Müxtəliflik İnstitutunun, Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri və Evanqelist-Baptist kilsəsinin mitropoliti Malxaz Sonğulaşvili Seyid Mirhüseynlə görüşüblər
     19.11.2018
    BDU-da yoxlamalar başladı...
    Prezident Administrasiyasına dəvət edilən QMİ sədrini məlum qalmaqalla bağlı dinləyiblər; sabiq rektorun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı hələ də bilinmir...
     19.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ