1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:08.06.2018 15:48:48

Avstriyada məscidlər imamları yoxlamadan keçir.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, yaxın zamanda Avstriya ərazisindəki 7 məscid qapadılacaq. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin dini məbədlərdə radikalizmin təbliğatı aparılır.

Bu haqda Avstriyanın Baş naziri Sebastiyan Kurts “siyasi islamla” mübarizə tədbirlərinə həsr edilmiş xüsusi mətbuat konfransında açıqlama verib.

Onu sözlərinə görə, yeni tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən müsəlman din alimləri də yoxlanılacaqlar.

Hazırda 260 fəaliyyətdə olan imamdan 60-nı yoxlamadan keçir. Onların, məxsusən, xaricdən qeyri-qanuni maliyyə əldə edib-etməmələri, həmçinin radikallıq təbliğatı aparıb-aparmamaları yoxlanılır.

Yoxlamadan keçə bilməmiş 2 imamın yaşayış hüququndan məhrum edilərək, deportasiya edilməsi qərarı verilib.


Avstriyada məscidlər bağlanılır, imamlar isə deportasiya edilir - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşından zibil atdı: 500 manat cərimələndi, zibili özü təmizlədi - Azərbaycanda
    Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
     15.08.2018
    İtaliyada körpü faciəsində ölənlərin sayı artdı
    Şəhər meriyası hadisə ilə bağlı 2 günlük matəm elan edib.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ