EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:30.04.2019 09:58:44

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq

İslamazeri.com xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.

Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:

"Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində - gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər".

 Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.

Avtovağzal ərazisində pulsuz internet olacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Deputat Yevda Abramovun ölməsini təsdiqlədi
    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
     06.12.2019
     İran Kürdistanında toyda partlayış: 1 günlük yas elan olundu
    Partlayışın terror hücumu nəticəsində baş vermə iddiası təkzib olunub
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ