EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.09.2019 11:13:46

AXCP sədr müavini vəzifəsindən istefa verdiyini Fuad Qəhrəmanlı özü Facebook səhifəsində açıqlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib, partiya sədrinin müşaviri Məmməd İbrahim BBC News Azərbaycancaya təsdiqləyib.

"Vəzifəsindən öz qərarı ilə istefa verib", - Məmməd İbrahim qeyd edib.

AXCP sədr müavini vəzifəsindən istefa verdiyini Fuad Qəhrəmanlı özü Facebook səhifəsində açıqlayıb.

Bu hadisədən əvvəl Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasını ailədaxili zorakılıqda ittiham etmişdi, bu barədə Selcan Yağmur özünün Facebook səhifəsində paylaşım etmişdi.

Selcan Yağmur "atasının onlara pis davranmasını əsas gətirərək ondan imtina etdiyini" bildirib.

Selcan Yağmurun sosial hesabında yazdığı status sosial media əhlini iki hissəyə bölüb.

Bəziləri Selcanın ailədaxili problemi ictimailəşdirməsi ilə razılaşmasa da, digərləri əksinə, bunu doğru sayır və hesab edirlər ki, zorakılığa susmamaq lazımdır.

Onun anası Zumrüd Yağmur BBC News Azərbaycancaya məsələ ilə açıqlama verəcəyini və qızının arxasında olduğunu deyib, amma detallara varmayıb.

Atası Fuad Qəhrəmanlı isə Facebook hesabında yazıb ki, ailəsində anlaşmazlıqlar üzündən gərginlik olub, amma sonradan ailə bu mərhələni adlayıb.

Fuad Qəhrəmanlı 2015-ci ilin dekabrında Nardaran hadisələrindən sonra həbs olunub və bu ilin mart ayında isə əfv fərmanından sonra azadlığa çıxıb.


AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ