1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.04.2020 05:11:11

Ayətullah İbrahim Əmini mübarək Ramazan ayının 2-də dəfn mərasimi keçirilib

İslamazeri.com İqna-ya istinadən xəbər verir ki, əxlaq müəllimi və Qum Ali Dini Elmi Hövzəsinin ustadı Ayətullah İbrahim Əmini mübarək Ramazan ayının 2-də (26 Aprel 2020) Həzrət Məsumənin (ə) müqəddəs hərəmində dəfn edilib. 

İran İslam Respublikasının müqəddəs Qum şəhərində yerləşən Ali Dini Elmi Hövzənin ustadı, əxlaq müəllimi və bir çox dəyərli dini əsərlərin müəllifi Ayətullah İbrahim Əmini uzun sürən xəstəlikdən sonra keçən həftənin Cümə gecəsi, 24 Aprel 2020-ci il, 1441-ci ilin mübarək Ramazan ayının ilk gecəsi Qum şəhərinin Şəhid Behişti xəstəxanasında dünyasını dəyişib.  

Ayətullah İbrahim Əmini Tehran əhalisinin Ali Rəhbərin Seçilməsi Məclisində nümayəndəsi və İslami hakimiyyət sisteminin məsləhət şurasının üzvü vəzifələrində çalışıb.

Ayətullah İbrahim Əmini uzun müddət Qum şəhərinin Cümə xətibi, Həzrət Məsumənin (ə) hərəminin camaat imamı olmuş, hövzə və universitetdə ustad dərs demişdir. Onun dini maarif sahəsində 30-dan çox kitabı vardır.


Ayətullah İbrahim Əmini Xanım Məsumənin hərəmində dəfn edilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ