1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.01.2021 17:05:41

Bəhreynin nüfuzlu şiə alimi ayətullah Şeyx İsa Qasim İŞİD tərəfindən Pakistanda 11 mədən işçisinin öldürülməsini pisləyib.

İslamazeri.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, din xadimi bütün müsəlmanların terror qruplaşmasına qarşı birləşməsinin zəruriliyini vurğulayıb.

Ayətullah Şeyx İsa Qasim İŞİD-i şərin təcəssümü və İslam təlimlərinin təhrifi adlandırıb. O əlavə edib ki, təkfirçi qruplar günahsız insanların qanını axıdır və müsəlmanlar arasında nifaq toxumu səpir.

Ruhani həm şiələrin, həm də sünnilərin bu “dağıdıcı xəstəliyə” qarşı birləşmələrinin vacibliyini söyləyib.

Xatırladaq ki, ötən həftə İŞİD terrorçuları 11 mədən işçisini oğurlayaraq Bəlucistanda qətlə yetirib. Edamdan öncə fəhlələrin gözlərini və əllərini bağlayıblar.


Ayətullah İsa Qasim 11 pakistanlı şiəni qətlə yetirən İŞİD-in cinayətini pislədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ