Zamanının böyük alimi Ayətullah Şəhid Məhəmməd Baqir Sədrdən İmam Mehdilə bağlı çox mənalı fikirlər...

İslamazeri.com-in Din rubrikasından:
"Xilaskar (İmam Mehdi ə.f) sizin yanınızdadır və sizin aranızda yaşamaqdadır. O, sizləri görür, sizlər də onu. Fəqət onu tanımırsınız. O da zülm və acılar içində qovrulan bir çevrədə tər-təmiz ruhlu, inanclı və məsuliyyətinin şüurunda olan kəslər kimi əziyyət və iztirab çəkir. Lakin o, canlı və hazır öndər, İmamdır. Sosial problemlər və məşəqqətlərə də şərikdir. Amma O, sükut vəzifəsinin sona çatmasını gözləyərək zülmə uğramış insanlar tərəfindən qığılcımların baş verəcəyi və önəmli anı gözləməkdədir. O zaman güclü əlini uzadacaq, tarixin məxlumlarını xilas etmək üçün yetişəcək və zalımların kökünü kəsərək bu intizara son verəcəkdir. O da bu cəhənnəmə bənzər vəziyyətdən narahatdır. Batil söz və əməllərdən, insanlığa zidd hərəkətlərdən iztirab duyur. Amma yenə də özünə söz vermiş olan o günü gözləməkdən başqa çarəsi yoxdur."
Ayətullah Şəhid Baqir Sədr Xilaskar haqqında