1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:02.07.2020 14:31:37

Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib

Xəbər verdiyimiz kimi, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin koronavirus testi pozitiv çıxıb. Bütün dünyada olduğu kimi Gürcüstanda da bu xəbər dindarların üzüntüsünə səbəb olub.

İslamazeri.com xəbər verir ki, Az.shafaqna.com saytı məsələ ilə bağlı, Gürcüstanın tanınmış ilahiyyatçı alimi, İmam Hüseyn (ə) adına Marneulidə fəaliyyət göstərən məscidin imamı Hacı Əziz Nəbiyevdən münasibət öyrənib.

 

Hacı Əziz Nəbiyev “Şafaqna”nın azərbaycanca saytının açılmasına xeyir-dua verərək deyib: “İmam Hüseyn ə buyurub ki, 
Allahın bəndələrinin içərisində elə kəslər vardır ki, Allah onları insanların ehtiyaclarını ödəmək üçün xəlq etmişdir.
Biz Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi bu sırada olan şəxsiyyətlərdən bilirik. O Həzrət özünün elmi və səxavəti ilə bir çox ölkələrdə, o cümlədə Gürcüstanda da İslam yolunda bir çox xidmətləri ilə tanınmışdır.”

İmam Hüseyn (ə) adına Marneulidə fəaliyyət göstərən məscidin imamı Hacı Əziz Nəbiyev “Gürcüstanda İmam Hüseyn (ə) məscidinin tikilməsində, həmçinin digər məscidlərdə xüsusi xitməti olan bir şəxsiyyətdir, Ayətullah Şəhristaninin koronavirusa yoluxma xəbəri biz möminləri kədərləndirdi,
Biz Gürcüstan müsəlmanları Ayətullah Şəhristaniyə və eləçədə bütün xəstələrə uca Allahdan tezlilkə şəfa tapmasını diləyirik və dua edirik.”, -deyə əlavə edib.

Qeyd edək ki, Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani Marneulidə ən gözəl məscidlərdən olan İmam Hüseyn (ə) məscidinin açılışında da iştirak edib.


Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ