1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.04.2020 17:53:59

Böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Əli Sistani koronavirusun geniş yayıldığı bir dönəmdə müqəddəs Ramazan ayının orucunun tutulması ilə bağlı fətva verib

İslamazeri.com İQNA-ya istinadən xəbər verir ki, böyük mərcəi təqlid müctehidi Ayətullah  Seyid Əli Sistani koronavirusun geniş yayıldığı bir dönəmdə müqəddəs Ramazan ayının orucunun tutulması ilə bağlı sualları cavablandırıb.

Böyük mərcəi təqlid cavabında qeyd edib ki, Ramazan ayında oruc tutmağın vacibliyin fərdi bir vəzifədir, oruc tutmaq üçün şərtlər uyğundursa başqasının koronavirusa tutub-tutmamasından asılı olmayaraq oruc tutmalıdır.  

"Ancaq xəstəliyin inkişaf riskini evdə qalmaq, başqaları ilə yaxından təmasda olmamaq, maska və tibbi əlcəklərdən istifadə etmək, tez-tez dezinfeksiya etməklə azaldarsa və bu məsələ mükəlləfə şiddətli, dözülməz bir çətinlik yaratmazsa oruc tutmaq boynundan götürülmür.  

Həkimlərin koronavirusa tutulmamaq üçün susuzluğun və boğazın qurumasının qarşısını almaq üçün su içmək tövsiyələri oruc tutmağa mane yaratmır. Amma o şəxslər ki, əmindirlər oruc tutsalar virusa yoluxacaqlar və virusa yoluxma riskini azaltmağın heç bir yolu yoxdur və hətta evdə qalmaqla, digər qabaqlayıcı tədbirlər görməklə də bu mümkün deyil, o şəxslərin üzərindən oruc götürülür, digər şəxslərə isə oruc vacibdir.

Ramazan ayında işlərini tərk etmək və virusa yoluxmamaq üçün evdə qalmaq imkanı olanların üzərindən orucun vacibliyi hökmü götürülmür, onlar oruc tutmalıdırlar.

Ancaq hər hansı bir səbəbdən işlərini tərk edə bilməyənlər və gün ərzində su içməsələr, virusa yoluxacaqlarından və xəstəlikdən qorumaq üçün başqa bir şey edə bilməyəcəklərindən qorxanlara oruc vacib deyildir. Əlbəttə onların cəmiyyət arasında yeyib-içməyi və orucu batil edən işləri aşkara etməkləri caiz deyil.  

Tamamilə aydındır ki, Ramazan orucu ən vacib dini vəzifələrdən biridir və həqiqi bir səbəb istisna olmaqla bundan çəkinmək caiz deyildir. Hər insan öz vəziyyətinə başqalarına nisbətən daha çox agahdır", - deyə fətvada qeyd edilib.


Ayətullah Sistani: Evdə qalmaq imkanı olanların üzərindən orucun vacibliyi hökmü götürülmür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Haşdi Şabi İŞİD-in əkinçilərə qarşı terrorunun qarşısını aldı
    Məlumata görə, “Haşdi Şabi” bu haqda açıqlama yayıb.
     06.06.2020
    9 mindən çox xarici milyarder Türkiyə vətəndaşı oldu
    Türkiyə Əhali və Vətəndaşlıq İşləri Departamenti açıqlayıb
     06.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ