EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.02.2018 17:03:28

İran İslam İnqilabının Ali Dini Lideri bu gün bir qrup hərbçilərlə görüşüb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyid Əli Xamenei bu gün Ordunun Hava Qüvvələrinin zabit və əsgərlərini qəbul edib.

Görüşü zamanı o, İslam İnqilabından, o cümlədən ABŞ-ın terrorçulara dəstəyindən danışıb.

Çıxışı zamanı Ayətullah Xamenei "Amerikalılar İŞİD terror qruplaşmasını yaratmaqla yanaşı, ara-sıra onlara dəstək verdi. Böyük ehtimalla Blackwater kimi qruplaşmalar vasitəsilə (Red: ABŞ-ın muzdlu hərbçilərinin başqa ölkələrdə pul ilə döyüşən özəl mühafizə xidməti) vəhşilik və mərhəmətsizliklərini  İŞİD-ə öyrətmişdir. ABŞ höküməti, bütün bu mərhəmətsizliklərə baxmayaraq beynəlxalq insan haqları, heyvanlar və məzlumların haqlarını müdafiə etdiyini iddia edir. Həqiqətlər üzə çıxarılaraq, ABŞ rəzil edilməlidir.", - deyə bildirib.

Ayətullah Xamenei daha sonra deyib: "Düşmənlər dırnaqarası ziyalıların İslam İnqilabına qarşı fikir yaratmaları üçün maliyyə dəstəyi verirlər. Siber mediada izləyicilərin sayını artıra bilmək üçün kloun, saxta nəzəriyyəçilər və muzdlu yazarlardan istifadə edərək əllərindən gələn hər şeyi edirlər."

Yməndəki qətliama işarə edən Ayətullah Xamenei "Yəmənin infrakstukturu hər gün ABŞ müttəfiqləri və silahları ilə bombalanır, lakin ABŞ dəmir parçaları göstərərək guya İran istehsalı olan raketlərlə Səudiyyənin bombalandığını bildirirlər. Yəmən xalqı mühasirədə olarkən, onlara raket necə göndərilir?", - deyə əlavə edib.

İslam İnqilabı lideri sözlərinin davamında ölkə daxili məsələlərdən danışıb: "Ədalət, sosial ədalətin təminində, xalq kütlələri arasında məsafəni aradan qaldırmaqda az iş görülüb və geridə qalma var. Bu sahədə həyata keçməli olan təşəbbüslər lazımınca və layiqincə həyata keçirilməyib və tam ciddiyyətlə bu sahəyə diqqət yetirməliyik, bilin ki, Allahın mərhəməti ilə bunun ardıncayıq və bundan vaz keçməyəcəyik və əlbəttə bunun yolu zülm və korrupsiya ilə mübarizədir. "


Ayətullah Xamenei: Böyük ehtimalla ABŞ-ın Blackwater kimi qruplaşmaları İŞİD-ə vəhşilik təlimi verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İran təzyiq və sanksiya ilə siyasətini dəyişdirmir
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika rəhbərliyini başqa ölkələrə qarşı hörmətli davranmağa dəvət edib.
     14.08.2018
    Suriyalı kürd heyətin Dəməşqə ikinci səfəri
    Suriyalı kürdlərin nümayəndə heyəti paytaxt Dəməşqə keçirdiyi ilk səfərdən iki həftə sonra ikinci heyət Şama gələrək Suriya rəhbərliyi rəsmiləri ilə görüşüb.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ