EURO 1,9967 NEFT 80,1
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.05.2018 19:09:46

Ayətullah Xamenei ABŞ prezidenti Donald Trampın dünən gecə İran haqqında dedikləri sözlərə sərt cavab verib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın dünən gecə İran haqqında dedikləri sözlərə sərt cavab verib.

O ABŞ prezidentinin açıqlamalarını səviyyəsiz və yüngül adlandıraraq deyib: "Bu şəxs 10 aşkar yalandan əlavə, İran xalqı və islami quruluşu da təhdid etdi və mən İran xalqı tərəfindən ona deyirəm: "Cənab Tramp, siz qələt edirsiniz" . 

"Amerikanların davamlı, dərin və devrilişçi düşmənçilikləri, mənə yaxud ölkənin digər rəsmilərinə qarşı deyil, əslində islami quruluşun məcmusu və bu quruluşu seçən və bu yolda gedən xalqa qarşıdır.", -deyə Ayətullah Xamenei əlavə edib.

Sözlərinin davamında Əhatəli Müştərək Təşəbbüs Proqramının 3 Avropa ölkəsi ilə davam etdirilməsi barədə danışıb: "Üç Avropa ölkəsi ilə müzakirə barədə onlara etimad etmək olmaz və hərhansı müqavilə üçün real və praktiki zəmanətlər alın yoxsa hərəkəti bu formada davam etdirmək olmaz".

İslam İnqilabı rəhbəri düşmənlərin İranın bir fəaliyyətilə deyil, bütün sistemilə düşmən olduğunu bildirib.

"Sabah elan etsəniz ki, artıq raket istehsal etməyəcəyik, yaxud onların qət etdiyi məsafəni məhdudlaşdıracağıq, bu məsələ bitməyəcək və yəqin başqa bir bəhanəni ortaya atacaqlar, ona görə ki, onların bizimlə davası köklüdür və Amerika İslam Respublikasının özü ilə müxalifdir.  Onlar quruluşu məhv etmək və bir daha önəmli ehtiyatlara və strateji mövqeyə malik olan İrana hökmranlıq etmək istəyirlər. Amerikalılar regionun bəzi hökmranları kimi sadəcə itaətkar olan nökərlər istəyirlər, amma İslam Respublikası özünün və İran xalqının izzətini onların gözünə çəkir və bu əzəmət və başıucalıq onlar üçün dözülməzdir. ", -deyə Ayətullah Xamenei sözlərinin davamında əlavə edib. 

Ayətullah Xamenei Trampın bir neçə gün öncə Fars körfəzi ölkələrinin başçılarına göndərdiyi məktubuna da toxunub: "ABŞ prezidenti bu məktubda həmin ölkələrə nə edib-etməmələri barədə təlimat verir. Onlar islami quruluşla da beləcə rəftar etmək istəyirlər, ancaq buna qadir deyillər. Ona görə ki, İslam Respublikası Qacar və Pəhləvi dövrlərində xalqın və ölkənin zillətini, izzətə, istiqlaliyyətə və müqavimətə çevirib və öz milli mənafeyindən geri oturmayacaq". 

Sözlərinin sonunda İslam İnqilabı rəhbəri deyib: "İran xalqına qarşı o düşmənçilikləri edənlərin sümükləri indi torpağın altındadır, amma İslam Respublikası ayaqda durub." 

Bunu da oxuyun - Tramp İranla nüvə sazişini rəsmən pozdu

Həsən Ruhani Trampın açıqlamasına cavab verdi: Digər ortaqlarımızla danışıqlara davam edəcəyik


Ayətullah Xamenei: Cənab Tramp, siz qələt edirsiniz!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avtomobillərdə siqaret çəkmək qadağan olunsun - TƏKLİF
    Millət vəkili Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.
     24.09.2018
    BMT-dən həyəcan təbili: Yəmənlilər aclıqdan yarpaq yeyirlər
    “Biz insanların başqa yeməklərinin olmadığı üçün yarpaq yediyinin şahidiyik”
     24.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ