1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:06.07.2020 13:49:08

Ayətullah Xamenei HƏMAS-ın siyasi bürosunun başçısı İsmayıl Haniyənin məktubuna cavab verib.

İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei HƏMAS-ın siyasi bürosunun başçısı İsmayıl Haniyənin məktubuna cavab verib.

İran İslam Respublikası, keçmişdə olduğu kimi, İslam İnqilabının prinsiplərinə söykənən dini və insani vəzifəsinə əsasən, çox əziyyətlər görmüş Fələstin xalqına dəstək və onun qanuni hüquqlarının tələbi, həmçinin saxta sionist rejiminin şərrinin yox edilməsi istiqamətindəki heç bir səyləri əsirgəməyəcək”, - deyə Ayətullah Xamenei bildirib.

Sizin qəlblərimizdəki dəyərli Fələstindəki son hadisələrə dair məktubunuzu diqqətlə tədqiq etdim. Qüdrətli Allaha şükr edirəm ki, ABŞ və sionist rejiminin planlarına qarşı HƏMAS özünün daimi səyləri və sarsırlmaz müqaviməti ilə onları nəzərə çarpacaq şəkildə zəiflədib və məğlub edib və eyni zamanda da İslam ümmətinin şərəf və ləyatəqini bərpa edib. Sizə və bütün cəsur mücahidlərə fədakar səylərinizə görə təşəkkür edirəm”, - deyə o qeyd edib.

Mübarizə meydanlarında düzəlməz məğlubiyyətlərə düçar olmuş alçaq düşmən ekspansiya (işğal hesabına böyümə – red.) və fələstinlilərin alınmaz hüquqlarının pozulması strategiyasını güdür. Məzlum Fələstin xalqına qarşı (düşmən bunu) ilk növbədə  iqtisadi təzyiq və mühasirə, daha sonra isə danışıqlar yalanı və yalançı sülh və barışıqla edir. Lakin cəsur Fələstin xalqı özünə xas ağıl-məntiqlə və təcrübə ilə onların təhdid və aldatmalarına uymadı və keçmişdə olduğu kimi, özünə məxsus mətanətlə şərəf və layəqət kursunu izləməyə davam edir. Allahın izni ilə, Fələstin xalqının və bütün Fələstin hərəkatının ayıq-sayıqlığı, birliyi və vəhdətinin hesabına, şübhəsiz ki, düşmənin bütün uğursuz planları məhv olacaq və fələstinlilər ilahi qələbənin şirinliyini dadacaqlar”, - deyə İran İslam İnqilabının lideri əlavə edib.

 

 
 

 


Ayətullah Xamenei: Fələstin xalqına dəstəyimizi əsirgəməyəcəyik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ