EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:05.06.2018 00:40:45

İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu gün Həzrət İmam Xomeyninin(r.ə) vəfatının 29-cü ildönümü günü mərasimində çıxış edib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu gün Həzrət İmam Xomeyninin(r.ə) vəfatının 29-cü ildönümü günü mərasimində çıxış edib.

Çıxışı zamanı o nüvə fəaliyyətilə bağlı rəsmilərə göstəriş verib.

"Atom Enerjisi Təşkilatı hələlik ƏMTP çərçivəsində 190 min su-ya çatmaq üçün lazımı hazırlıqları həyata keçirməlidir. Prezidentin fərmanı əsasında isə bəzi hazırlıqlara sabahdan start verməlidir. İran xalqı və dövləti nüvə sanksiyaları və məhdudiyyətləri ilə razılaşmır və düşmənlərin nüvə sazişi barədə qarabasması yozulmayacaq.", - deyə Ayətullah Xamenei bildirib.

İslam inqilabının rəhbəri sonra deyib: "Bu gün düşməndən İran İslam Respublikasına qarşı baş verənlər güc nişanəsi deyil, İran xalqının tərəqqisi, əzəməti və müqavimətinə görədir." 

Ayətullah Xamene raket gücünün İranın önləyicilik gücü olduğunu bildirərək sözlərini belə davam edib: "Müxtəlif raketlərin istehsalı və raket gücü islami İranın gücünə səbəb olur, düşmən bilir ki, birini vurarsa, vurulacaq". 

Qüds günü haqda isə o "Bu ilki Qüds günü ötən ildəkilərdən daha əzəmətli keçiriləcək", -deyə əlavə edib.. 


Ayətullah Xamenei nüvə fəaliyyətilə bağlı rəsmi şəxslərə tapşırıq verdi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ