EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:13.05.2018 12:30:20

İslam İnqilabının rəhbəri ABŞ prezidenti əleyhinə yazılan kitaba nəzər salarkən fotosu sosial şəbəkədə yayıldı

İslamazeri.com xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin ABŞ prezidenti Donald Tramp əleyhinə Mayk Volf tərəfindən yazılan  "Od və qəzəb: Trampın Ağ evinin daxilində"  adlı kitaba nəzər salarkən fotosu sosial şəbəkədə yayılıb.

Tehranda keçirilən kitab sərgisində kitablara nəzər salarkən, ingilis dilindən fars dilinə tərcümə ediən Mayk Volfun "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabına bir neçə dəqiqə nəzər salan İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin fotosu dünya mediasında da yayımlanıb.

Qeyd edək ki,  Mayk Volf tərəfindən yazılan  "Od və qəzəb: Trampın Ağ evinin daxilində"  adlı kitab Tramp tərəfindən qəzəblə qarşılanmışdı. ABŞ prezidenti  kitabın yazarı Mayk Volf  "psixiki xəstə" adlandıraraq, kitabın ABŞ-da satılmasına mane olmağa çalışsada, buna müvəffəq olmamışdı.

Onu da qeyd edək ki, Jurnalist Maykl Vulfun "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabı satışa çıxan kimi bestsellerə çevrilib.  

"Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabı artıq “Amazon” saytında satış üzrə liderlər arasında yer alıb.

Müəllifin sözlərinə görə, Trampın ətrafındakı insanlardan alınan yüzlərlə müsahibənin daxil olduğu kitab onun prezidentliyinin ilk ilində baş verən hadisələrdən bəhs edir.


Ayətullah Xamenei Trampı özündən çıxaran Trampla bağlı kitaba nəzər saldı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ